Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Milli Müdafiə universitetlərinin rəhbər heyətləri arasında üçtərəfli görüş keçirilib.
Fact-info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov rəhbərlik edib.
Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və peşəkar hərbi qulluqçuların hazırlığında təcrübə mübadiləsinin gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.
Müasir hərbi tədris metodlarının tətbiqi məsələlərinin də müzakirə edildiyi görüşdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
LEPL-də yaradılan şəraitlə tanışlıqdan sonra nümayəndələr hər üç ölkənin kursantları arasında müxtəlif idman növləri üzrə təşkil edilən yarışlarda iştirakçılara uğurlar arzulayıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Baxış sayı: 250
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
