Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri və Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə QHT-lərdən layihələrin qəbulu 2025-ci il oktyabrın 22-də başa çatıb.
Fact-info.az xəbər verir ki, elan edilmiş müsabiqələr üzrə ümumilikdə, 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyiblər.
Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir:
- Böyük qrant: 64
- Orta qrant: 152
- Kiçik qrant: 479
- Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub:
- Böyük qrant: 11
- Orta qrant: 18
- Kiçik qrant: 35
QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb. Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
