Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Birlik – 2025” birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.
Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq “Birlik – 2025” birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Baxış sayı: 235
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
