FACT-INFO.AZ » XƏBƏR » Dahi Azərbaycan bəstəkarının yaradıcılıq irsinin analitik tədqiqi
21-10-2025, 20:00 | XƏBƏR / TƏDQİQATLAR-ANALITIKA
Dahi Azərbaycan bəstəkarının yaradıcılıq irsinin analitik tədqiqi

Nailə RƏHİMBƏYLİ
Sənətşünaslıq elmləri doktoru professor

 

2025-ci il Azərbaycanın musiqi və mədəniyyət aləmi üçün xüsusi əhəmiyyət daşıyır - bu il böyük bəstəkar, peşəkar milli musiqi məktəbinin banisi, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur. Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı Şərq musiqi ənənələrinin tarixində əsl dönüş nöqtəsi olmuşdur. Onun fəaliyyəti xalq musiqisi ilə klassik musiqi formalarının harmonik vəhdətini yaradan bir yolun başlanğıcı sayılır. Azərbaycan və dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Üzeyir bəy sadəcə musiqi əsərləri yaratmaqla kifayətlənməmişdir, həm də yeni musiqi təfəkkürünün - Şərq ilə Qərbin ortaq dil tapdığı bir mədəniyyətin əsasını qoymuş  maarifçi və mütəfəkkir idi. Onun milli bəstəkarlıq məktəbinin formalaşmasında, Şərqdə opera janrının inkişafında və musiqi təhsilinin təşəkkülündə əvəzsiz xidmətləri vardır. Bu gün Üzeyir Hacıbəylinin irsi nəinki Azərbaycan üçün, həm də ümumilikdə dünya musiqi mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bəstəkarın yaradıcılığı hər zaman elmin müxtəlif sahələrində aktual olmuşdur. Musiqişünaslar dərin məzmunlu musiqi irsini; ədəbiyyatşünaslar zəngin dramaturji əsərlərini, filosoflar isə ümumilikdə bəstəkarın yaradıcılığının hər qatında olan məna və ideyalarının fəlsəfi görüşlərini əsas tutaraq elmi-nəzəri çalışmalar ərsəyə gətirmişdilər. Böyük bəstəkarın 140 illiyi münasibətilə onun həyat və yaradıcılığına dair fundamental tədqiqatlara yenidən diqqət yetirmək xüsusi aktuallıq kəsb edir. Bu, həm musiqi ictimaiyyəti, həm də geniş oxucu auditoriyası üçün Üzeyir Hacıbəylini daha dərindən anlamaq və dəyərləndirmək imkanı yaradır.

Bəstəkarın irsinin tarixi-nəzəri aspektdən öyrənilməsində görkəmli musiqişünas-alim, akademik - üzeyirşünas Zemfira Səfərovanın Azərbaycan müsiqişünaslıq elmində yeri özəl və önəmlidir. Zemfira xanımın elmi yaradıcılığında Üzeyir mövzusu, onun çoxsaylı elmi əsərlərinin, monoqrafiyalarının və yüzlərlə məqalələrinin ana xəttini təşkil edir. Bəstəkarın musiqi irsini təhlil edən Z.Səfərova onu sistemli islahatçı kimi təqdim edir. Üzeyir Hacıbəyli təkcə yeni janrlar yaratmamış, həm də Azərbaycanda peşəkar musiqi təhsilinin əsaslarını qoymuş və şərq modallıq sistemi ilə bağlı nəzəri əsərlər hazırlamışdır ki, bu da milli bəstəkarlıq məktəbinin inkişafına mühüm təsir göstərmişdir.

Akademikin son nəşri “Üzeyir Hacıbəyli. Həyat və yaradıcılıq yolu” adlı kitabı bəstəkarın öz dövrünün mədəniyyət lideri kimi çoxşaxəli obrazını əhatəli şəkildə təqdim edən ən sanballı tədqiqat işlərindən biri hesab olunur. İngilis dilində təqdim olunan bu nəşr milli və beynəlxalq mühit üçün yeni söz, fikir, dahi bəstəkarın şəxsiyyətinin və bədii-fəlsəfi irsinin miqyasını daha dərindən anlamağa imkan verən fundamental elmi araşdırmadır. Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli “Üzeyir Hacıbəyli-Azərbaycan musiqi sənətinin manifesti” məqaləsində qeyd etmişdi ki, “Üzeyir Hacıbəylinin ölməz sənəti və böyük idealları yeni tarixi epoxada Azərbaycanın müstəqillik dövrü milli mədəniyyətinin və ictimai fikrinin daha da inkişaf edib möhkəmlənməsinə gur işıq salır”. Sözügedən kitabın giriş bölməsində  isə “Eyni zamanda akademik Zemfira Səfərova Üzeyir Hacibəyli elmini yüksək səviyyəyə qaldırıb, elmi əsərləri ilə dünya musiqişünaslıq səviyyəsinə yüksəltmişdir” fikrini doğru olaraq vurğulamışdır.

Müəllif əsərində həm akademik dəqiqlik, həm də kitabın qəhrəmanına dərin ehtiramla yanaşaraq, bəstəkarın həyat yolunu - Şuşada keçən gənclik illərindən başlayaraq, onun görkəmli bəstəkar, publisist, pedaqoq və ictimai xadim kimi formalaşmasına qədər ətraflı şəkildə təsvir edir. Xüsusi diqqət dövrün tarixi kontekstinə yönəldilmişdir: XIX əsrin sonu-XX əsrin əvvəllərində Qafqazda cərəyan edən milli-azadlıq və mədəni proseslər və, o proseslərdə, Üzeyir Hacıbəylinin fəal iştirakı. Zemfira Səfərova böyük ustalıqla bəstəkarın ideyalarını, aldığı təhsilin və ictimai mövqeyinin onun yaradıcılığında istər musiqili dramaturgiyasında, istərsə də maarifçilik fəaliyyətində necə əks olunduğunu nümayiş etdirir.

Kitabda bəstəkarın opera və musiqi komediyalarının təhlili mərkəzi yer tutur. Üzeyir Hacıbəyli musiqi tarixinə müsəlman Şərqində ilk operası “Leyli və Məcnun”un (1908) müəllifi kimi daxil olmuşdur. Bu əsər Şərq musiqi aləmində forma təcəssümü baxımından yeni  və davamlı inkişaf mərhələləri üçün təkanverici mühüm hadisəyə idi. Zemfira xanım “Ü.Hacıbəyli “Leyli və Məcnun”da opera janrının və digər musiqi formalarının inkişafı üçün möhkəm bünövrə yaratdı, Azərbaycan milli harmoniyasının və polifoniyasının təməlini qoydu” qeyd edərək, operanın yalnız musiqi xüsusiyyətini deyil, həm də onun dramaturji quruluşunu, sosial kontekstini və leytmotiv sisteminin özəlliklərini ətraflı şəkildə təhlil edir.

Xüsusi vurğulanmalı məqam isə “Koroğlu” operasının analizi ilə bağlıdır. Müəllif bu əsəri Ü.Hacıbəylinin yaradıcılığının zirvəsi adlandıraraq, milli-mənəvi dəyərləri və humanist ideyaları ifadə edən şedevr kimi qiymətləndirir. Opera milli musiqi dilinin inkişafında mühüm mərhələdir. Akademik, zəngin lad-intonasiya sistemini, Azərbaycan muğamlarının modal quruluşu və xalq musiqisinə xas melodik çevikliyə əsaslanan intonasiyaları üzərindən dərin elmi-nəzəri təhlil aparır. Həmçinin, bəstəkarın milli musiqi ənənələrini Qərbi Avropa klassik formaları ilə bağlayaraq, onun sənətini eyni zamanda həm ümumbəşəri baxımdan anlaşıqlı, həm də dərin milliliyini, əsas cəhət kimi, önə çıxardır.

Şərq musiqi ənənələri ilə Qərb operetta janrının sintezinin parlaq nümunəsi, məhz “Arşın mal alan”dır. Operetta yalnız dövrünün mədəni və sosial reallıqlarını əks etdirmir, eyni zamanda fərdi azadlıq, qadınların cəmiyyətdə rolu və insan ləyaqəti ideyalarını da vurğulayır. Akademik Zemfira Səfərova operettanın təhlili zamanı əsərin zəngin milli kolorit, melodik ifadəlilik və dramatik quruluşunun özünəməxsusluğunu, lad-intonasiya amillərinin üzərində dayanır.

Z.Səfərova bəstəkarın kamera-vokal yaradıcılığını da xüsusi vurğulayır. Akademik Azərbaycan klassik poeziyasının mətnləri əsasında yazılmış “Sənsiz” və “Sevgili Canan” qəzəl-romanslarını şərq poetikasının incə musiqi interpretasiyası kimi qiymətləndirilir; bu əsərlərdə duyğusal dərinlik, zəngin vokal xətt və orijinal harmonik quruluş prinsipləri üzvi şəkildə vəhdət təşkil edir. Müəllif qeyd edir ki, bu əsərlər sadəcə romans deyil, eyni zamanda müəyyən mənada “musiqi-poetik esse”lərdir, hansılarda ki, muğamın təsiri hiss olunur, lakin o, “avropalaşdırılmış”, adaptasiya edilmiş formada təqdim edilir. Beləliklə, Hacıbəyli yenidən Şərq ilə Qərb arasında körpü-dialoq rolunu oynayır.

Kitabda təqdim olunan xronika sadəcə faktların siyahısı deyil. Bu, oxucuya bəstəkarın həyat və yaradıcılığının inkişaf mərhələlərini izləmək imkanı verən sistemli bioqrafik informasiyadir. Z.Səfərova Ü.Hacıbəyli yaradıcılığının ən vacib mərhələlərini xronoloji dəqiqliklə təsvir edir - ilk məqalələrindən və musiqi təcrübələrindən başlayaraq, genişmiqyaslı əsərlərinə qədər. Xronika nadir arxiv materialları, məktublar və müasirlərinin rəyləri ilə zənginləşdirilmişdir ki, bu da kitaba xüsusi dəyəri verir və onu bəstəkarın həyat və yaradıcılığına dair tam hüquqlu ensiklopediyaya çevirir.

Akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəyli: Həyatı və yaradıcılıq yolu” kitabı dərin, əhatəli və çoxşaxəli bir tədqiqatdır ki, bu, həm Ü.Hacıbəylinin musiqi, həm də mədəni-tarixi əhəmiyyətini əks etdirir. Kitab yalnız musiqişünaslar və tələbələr üçün deyil, həm də Şərq musiqisinin tarixi, mədəniyyətlərarası əlaqələr və dövrünün görkəmli şəxsiyyətlərinin taleyi ilə maraqlanan geniş oxucu kütləsi üçün böyük əhəmiyyət daşıyır.

“Dahi bəstəkarın ənənələri yalnız onun ölməz musiqisində deyil, həm də Azərbaycan musiqi sənətinin inkişafinda böyük rol oynamış akademik, musiqişünas-alimimizin nəzəri və musiqi-estetik irsində yaşamaqdadır. Xalqın qəlbinə, məişətinə Üzeyir Hacıbəyli qədər dərindən nüfuz etmiş sənətkara, doğrudan da, ölüm yoxdur!” Akademik Zemfira Səfərovanın bu sözləri dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dərinliyini, onun Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərini və mənəvi ölməzliyini parlaq şəkildə ifadə edir.




Baxış sayı: 125
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031