Ermənistan və ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin məzmunu ilə bağlı ətraflı müzakirələr aparırlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib. Paşinyanın sözlərinə görə, hər şey əvvəlcədən detallı şəkildə müzakirə olunmalı, layihələndirilməli və yalnız bundan sonra icra olunmalıdır.
“Hazırda biz “Tramp marşrutu” layihəsinin mətni üzərində işləyirik. Masada artıq elementlər var və biz onları yekunlaşdıraraq vahid sənəd formasına salmalıyıq”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılıb.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
