Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru professor, AMEA-nın 15 təsisçisindən biri və həqiqi üzvü olmuş Mustafa Topçubaşovun biblioqrafik göstəricisi çapdan çıxıb.
Fact-info.az-a MEK-dən bildirilib ki, bu nəşr Prezident İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən tərtib olunub.
Kitabda Mustafa Topçubaşovun həyat və fəaliyyətinin əsas tarixləri və elmi əsərlərinin biblioqrafiyası, publisistik məqalələri, konfrans materialları, məruzələri, tezisləri haqqında məlumat əksini tapıb. Həmçinin akademik M.Topçubaşov haqqında televiziya, radio verilişlərinin, videofilmlərin və elektron resursların mənbələri təqdim edilib.
Azərbaycan və ingilis dillərində olan biblioqrafik göstərici tibb sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Biblioqrafik göstəricinin elmi məsləhətçisi və ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru və nəşrdə alimin həyat və fəaliyyəti haqqında oçerkin müəllifi akademik İradə Hüseynovadır. Redaktorları MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və biologiya elmləri doktoru Tubuxanım Qasımzadədir.
Nəşrin elektron versiyası ilə kitabxananın saytında tanış olmaq mümkündür.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
