Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq haqqında saziş rəsmi olaraq qüvvəyə minib. Bu sənəd iki ölkə arasındakı ittifaqı onilliklərə hesablanmış strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndirir. Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk feysbuk sosial şəbəkəsində məlumat verib.
R. Stefançukun sözlərinə görə, o, Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsi Hoyla sazişin mətnini, sənədin ratifikasiyası haqqında qanunu və onun qüvvəyə minməsi barədə notanı təqdim edib.
“Bu gün Londonda saziş rəsmən qüvvəyə mindi. Bu, ölkələrimiz arasında siyasi etimadın, strateji tərəfdaşlığın və sarsılmaz dostluğun möhkəmlənməsinin tarixi anıdır”, – deyə Stefançuk vurğulayıb.
Ali Radanın sədri qeyd edib ki, Kiyev və London uzun illərdir birgə bir çox sınaqlardan keçib və bu gün təkcə Ukraynanın azadlığı uğrunda deyil, həm də Avropanın təhlükəsizliyi və qlobal nizamın qorunması uğrunda mübarizə aparır.
“Bu saziş tərəfdaşlığımızın başlanğıcı deyil, onun möhkəmlənməsidir. O, xalqlarımız arasında qarşılıqlı dəstəyi onilliklər boyu təmin edir, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyənləşdirir, müdafiə-sənaye əməkdaşlığını dərinləşdirir, iqtisadiyyat, energetika, təhsil, elm və Ukraynanın bərpası sahələrində əməkdaşlığın yeni mərhələsini formalaşdırır”, – deyə R. Stefançuk əlavə edib.
Qeyd edək ki, bu il yanvarın 16-da Ukrayna və Böyük Britaniya yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd iki ölkə arasında əməkdaşlıq çərçivəsini 100 il müddətinə genişləndirir, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrini əhatə edir.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
