Torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizdən olan Fərhad Rzazadənin xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub və müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.
Şəhid Fərhad Rzazadənin anım mərasimində ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.
Qeyd edək ki, Rzazadə Fərhad Mirzə oğlu 2001-ci il dekabrın 12-də Füzulinin Bala Bəhmənli kəndində anadan olub. Fərhad hələ kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib. Məktəbi bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Uğurlu xidmətinə görə Xüsusi Təyinatlı Qüvvələrə seçilib. Vətən müharibəsində Murovdağ və Füzuli istiqamətində gedən döyüşlərdə böyük igidliklə iştirak edib. Fərhad Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
