FACT-INFO.AZ » CƏMİYYƏT » Zeynalabdin Tağıyevin Türk Sultanına hədiyyəsi
26-04-2017, 09:05 | CƏMİYYƏT
Zeynalabdin Tağıyevin Türk Sultanına hədiyyəsi

Əziz oxucularımız! Pedaqoji elmlər doktoru,Əməkdar müəllim,ADPU-nun professoru Rüfət Lətif oğlu Hüseynzadənin tarixi faktlar əsasında qələmə aldığı məqaləni sizə təqdim etməzdən öncə qeyd etmək istərdik ki, bu məqalə günümüzdə üç aspektdən aktualdır. İlk olaraq Azərbaycan-Türkiyə qardaşlığının zəngin şərəfli tarixindən bir səhifəyə işıq salır. Və bu iki qardaş xalqın bir millət olaraq İslama məhəbbətindən bir örnəyi nümayiş etdirir. Sonda isə Türk-İslam birliyinin düşməni olan mənfur millətçi və paxıl ermənilərə bir zərbə kimi də hesab etmək mümkündür..

 XX əsrin əvvəllərində islamiyyətin müqəddəs kitabı olan Qurani-Kərimi Azərbaycan dilinə  tərcümə etdirən Bakı milyonçusu, xeyriyyəçi, maarifpərvər şəxsiyyət Hacı Zeynalabdin Tağıyev olmuşdur.

O, 1904 -cü ildə Quranın tərcümə və təfsirini Azərbaycan dilinə çap etdirmişdir. Quranı tərcümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur. Bu Quran üç cilddə - «Kəşfül- Həqayiq» («Həqiqətlərin Kəşfi») adı ilə «Kaspi» mətbəəsində çap edilmişdir.   

H.Z.Tağıyev üç cilddə nəşr etdirdiyi bu müqəddəs kitabı 1907-ci ildə bir   nüsxəsini türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndərmişdir.

Sultana göndərilən bu hədiyyyə, xüsusi nüsxə olaraq  qızıl suyu ilə yazılmış, almaz qaşlarla bəzədilmiş və qalın gümüş qutuda yerləşdirilərək Xeyriyyə Cəmiyyətinin üzvü müəllim və pedaqoq, görkəmli şair, ictimai xadim Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə (Yusif Ziya adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan Əbdül Həmidə  çatdırılmışdır.

 Azərbaycan mühacir ziyalılarından olan Nağı Keykurun Ankarada nəşr olunan aylıq “Azerbaycan” kültür dərgisində “Böyük bir hayırsever Hacı Zeynalabdın Tağızadə (Hatire defterinden bir yarpaq)” adlı məqaləsində yazır ki, bu hədiyyə 4000  altun lirə dəyərindən ziynətli daş və almazlarla bəzədilərək İstanbula Sultana  göndərilmişdir(4,16).

Böyük ədib və şairimiz Abdulla Şaiq böyük qardaşı Axund Yusif Talıbzadənin Türkiyə səfəri haqqında belə yazmışdır: “Bakı qazisi Mir Məhəmməd Kərim Mir Cəfərzadə Quranı Azərbaycan dilinə tərcümə edib. Məşhur sərvətdar Hacı Zeynalabdın Tağıyevin pulu ilə çap etdirmişdir. Hacı tərcümənin əlli nüsxəsini qızıl suyu ilə çap etdirib qiymətli cildə tutmuşdur. Bu nüsxələrdən birinin cildini qalın  gümüşdən yapdırıb ortasına  da “La ilahə illəllah, Mühəmmədən Rəsulillah” sözlərini yazdırmış və qardaşım Axund Yusif Talıbzadə  vasitəsilə həmin nüsxəni Türkiyə Sultanına hədiyyə göndərmişdir” (7).

A.Şaiq qardaşının oteldə tanış olduğu zabitlə - əslən Tiflisli olan Cəlal Ünsizadə ilə saraya gəlməsi haqqında məlumat verir. Belə ki, məsələ ilə agah olan Cəlal bəy “Ertəsi gün Axund Yusif Talıbzadənin yanına gəlib bildirir ki, əhvalatı sədr-ezem həzrətlərinə çatdırdım. Sizi hüzuruna qəbul edəcək. Sədr – ezemin əmrinə görə sizi qonaq sifətilə başqa evə köçürməliyik” . 

Başbakanlıq Osmanlı arxivində mühafizə edilən yazılı sənədə əsasən Axund Yusif Talıbzadə - Xeyriyyə Cəmiyyətinin idarə işlərində vəzifə daşıdığını, ziyalı bir ailədən gəldiyini, Rus ali məktəbindən məzun olduğunu, müsəlman əhalisinin mənən və dinən xilafət məkanına daha qüvvətli bağlanması və onların aydınlanması üçün  nəşr etdirdiyi günlük “Təzə həyat” qəzetində (1907-1908-ci illər arasında Bakıda nəşr olunan ədəbi, siyasi, iqtisadi türk qəzetinin məsul müdiri və baş yazarı Haşım Bəy Vəzirov olmuşdur) yazarlıq yapdığını saray nazirlərinə bildirdikdən sonra, Bakıda İslam Xeyriyyə Cəmiyyətinin  qurucusu və rəhbəri olan Hacı Zeynalabdın Tağıyevin təqib etməyə çalışdığı xətti hərəkəti, ana xətləriylə saray üzvlərinə bildirmişdir. İndiyə qədər Qafqaz Türkləri yazışmalarında yalnız farscadan istifadə etmişlər:

1. Bundan sonra farscanın yerinə ana dilimiz olan türkcənin istifadə edilməsi və genişləndirilməsi.

2. Məktəb kitablarımızın türkcə ilə yazılması.

3. Məktəblərimizin proqramlarının Osmanlı Maarif proqramına müvafiq tərtib edilməsi.

4. Mərkəzi idarəsi Bolqarıstanın Varna şəhəri ilə İranın Urmiyə şəhərlərində yerləşən Emeni-Amerikan və Erməni-Proteston Komitələri Qafqaz və Azərbaycan türklərini xilafət məqamına bağlılıqdan və müqəddəs qaye olan İslam ittihadından uzaqlaşdırmaq üçün ərəbcə, türkcə, farsca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli  nəşriyyatlar soxurlar. Bunları bir an öncə təsirsiz hala gətirmək  və Qafqaz müsəlmanlarına təsirini önləmək üçün qarşı nəşriyyatda bulunmağımız gərəkir.    

5. Qafqazdan İrana, Misirə və Avropaya fərarilik edib, oralarda tutulmayanların bir daha  Qafqaza dönmələrinə izin verilməməsi.

6.Uyğun bilinən məktəb müdirləri və müəllimlərin Osmanlı hökümətindən  Qafqaza  göndərilməsinin  təmin edilməsi.

7. Dini kitabların və təfsirlərin, peyğəmbərimizin hədisləri, əxlaqi kitablar və bu mövzuda yararlı təmimlərin  yayınlanması (3, 64-65).

 Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin və onun sədri H.Z.Tağıyevin həyata keçirmək istədiyi əsas məsələləri bu şəkildə saray üzvlərinə anlatdıqdan sonra Qurani Kərimin Hacı tərəfindən hazırlatdırılmış üç cildlik türkcə təfsirini, onun (H.Z.Tağıyevin) yazdığı bir məktubla birlikdə, Osmanlı Dövlətinin  Padşahı Sultan Əbdülhəmidə verilmək üçün Sədarət məqamına təqdim edilmişdir.

Saray məmuru Sultan həzrətlərinin hüzuruna çıxaraq  qonağı təqdim etmiş, məramını bildirmiş, Axund Yusif Talıbzadə Quranı Sultana təqdim etmiş, Sultan Qurani-Şərifi öpərək  qonağı hörmətlə qəbul etmişdir.

Abdulla Şaiqinin verdiyi məlumata əsasən Axund Yusif Talıbzadə Sultan tərəfindən yüksək səviyyədə qarşılanmış onunla bərabər yeməyə dəvət olunmuş və  Sultan Axund Yusif Talıbzadəni hökumətin yüksək ordeni ilə mükafatlandırmış və belə bir orden də Hacı Zeynalabdın Tağıyevə Yusif Ziya vasitəsilə göndərilmişdir(7).

Akademik Kamal Talıbzadə “Xalq” qəzetinin müxbirinə verdiyi müsahibəsində də bu barədə  belə demişdir: ”Hacı Zeynalabdın 1907-ci ildə Quranı Məmməd Kərim ağaya tərcümə etdirmiş və onun Azərbaycan dilində üç cildliyini əmimlə Türkiyə Sultanı Əbdülhəmidə göndərmişdir. Sultan Əbdülhəmid də bunun əvəzində brilyantla işlənmiş iki böyük medal bağışlamış: birini H.Z.Tağıyevə, o  birini də əmimə. O medalı atam Abdulla Şaiq ömrünün son illərinə qədər qardaşının yadigarı kimi saxlayırdı”(6).

  Mənbələrdən məlum olmuşdur ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Axund Yusif Talıbzadə vasitəsilə göstərdiyi səylərə cavab olaraq 1907-ci ildən etibarən Osmanlı Türkiyəsindən  Azərbaycana müəllimlər, din adamları, dini kitablar və kitabxanalar, mətbəə ləvazimatı göndərilmiş, Qafqaz müsəlmanları ilə sıx münasibətlər qurulmuşdur.

İstanbula edilən bu səfər bəlkə də Axund Yusif  Talıbzadənin Osmanlı dövləti ilə gələcək münasibətləri üçün mühüm bir əsas olmuş və  gələcəkdə onun qardaş ölkə ilə bağlantısının  bünövrəsini qoymuşdur. 

Açar sözlər: H.Z.Tağıyev, Əbu Turab, Məhəmməd Kərim Cəfərzadə, Quran, Axund Yusif Talıbzadə,  Sultan Əbdülhəmid.

                      İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Bayat A.H. Huseynzade Ali Bey (Prof. Dr. Hüseyinzade Ali Turan) ve Türkiyede yayınladığı eserleri. İstanbul, Türk Dünyası araşdırma vakfı, 1992.

Baykara Hüseyn. Türk ordusunda Azerbaycan esgeri hisseleri. “Türk kültürü”, 1964, sayı 22.

Betül Aslan. I. Dünya savaşı esnasında “Azerbaycan türkleri”nin “Anadolu türkleri”ne “Kardaş kömegi (yardımı)” ve Bakü müslüman cemiyet-i hayriyesi. Ankara, Atatürk kültür merkezi başkanlığı yayınları, 2000, 396 s., resimli.

Keykurun Naki. Böyük bir hayırsever Hacı Zeynalabidin Takızade. “Azerbaycan”, Ankara, mayıs 1957, sayı: 14(62), s.16-19.

Osmanlı devleti ilə Azerbaycan türk hanlıkları arasındaki münasibetlere dair arşiv belgeleri.(Karabağ-Şuşa, Nahçıvan, Bakü, Gence, Şirvan, Şeki, Revan, Kuba, Hoy) . II. (1575-1918). Ankara: 1993.

Ot kökü üstə bitər: Akademik Kamal Talıbzadə ile müsahibə. “Xalq” qəz. Bakı, 5 iyun 1999.

Talıbzadə Kamalın təqdimatında Abdulla Şaiqin “Sultana Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).

Talıbzadə K.A. Axund Yusif Talıbzadə. “Odlar yurdu” qəz. 10-17 sentyabr 1992, № 26; 24-30 sentyabr, 1992, № 27.

Həbibov İsa. Kamal Talıbzadəyə məktub (21 may, 1987-ci il, Naxçıvan şəhəri), Abdulla Şaiqin Mənzil Muzeyinin arxivi, qovluq 4.

 Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı, Nurlar: 2007.

 Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim,
Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru 




Baxış sayı: 2 907
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031