FACT-INFO.AZ » AKTUAL » “Vaşinqton görüşü sülhə doğru növbəti bir addım ola bilər” - Sahib Məmmədov
8-08-2025, 11:00 | AKTUAL
“Vaşinqton görüşü sülhə doğru növbəti bir addım ola bilər” - Sahib Məmmədov

“Mən xatırlamıram ki, indiyə kimi hansısa ABŞ Prezidenti başqa bir ölkənin liderinin fikirlərini paylaşsın. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışını öz sosial şəbəkə hesabında paylaşdı. Bu, artıq Azərbaycana, onun liderinə olan münasibətin göstəricisi idi. Bu baxımdan ümid edirəm ki, ABŞ-da çox səmərəli bir görüş olacaq”.

Fact-info.az xəbər verir ki, bu barədə 525.az-a Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı ABŞ-nin hansı dəstəyi verə biləcəyinə gəlincə, S.Məmmədov bildirib ki, Azərbaycan dövlətinin siyasəti budur ki, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar ikitərəfli qaydada aparılsın və məsələ beynəlxalq hüququn prinsiplərinə uyğun həllini tapsın:

“Yəni elə həll olunsun ki, heç bir tərəf bundan ziyan çəkməsin. Azərbaycanın Ermənistana qarşı tələbləri də tamamilə legitim və beynəlxalq hüququn  prinsiplərinə uyğundur. Bu, qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımaq, bir-birinə hücum etməmək kimi şərtləri özündə ehtiva edir. Eyni zamanda, bizim daha iki şərtimiz var ki, bunlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına dair konstitusion müddəanın çıxarılması, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Həmçinin müşahidə missiyaları sərhəd ərazisini tərk etməlidir və s. Biz bu prinsiplər üzərində Ermənistanla istənilən müstəvidə danışıqlar aparmaqdan heç vaxt imtina etməmişik. Müxtəlif formatlarda da vasitəçilərlə, vasitəçisiz dəfələrlə görüşlər olub. Son dövrlər isə danışıqlar ikitərəfli format şəklini alıb, hesab edirəm ki, bu, yaxşıdır.

İndi bir sıra dövlətlər, iri güclər təşəbbüs göstərirlər, təşəbbüsü öz əllərinə almaq istəyirlər, Cənubi Qafqazda maraqlarını ortaya qoyurlar. Əgər bütün bunlar sülh prosesinə mane olmursa, hansısa töhfə verirsə, fikrimcə, biz bundan da imtina etməli deyilik. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü normal bir məsələdir. O, həm Azərbaycan Prezidenti, həm də Ermənistanın Baş naziri ilə ayrıca görüşəcək və bildiyim qədər, ikitərəfli dövlətlərarası məsələlər müzakirə olunacaq. Çox yaxşı haldır ki, ABŞ-la nəhayət münasibətlərimizi yeni müstəviyə keçiririk. Ümid edirəm ki, Vaşinqtonda çox səmərəli bir görüş olacaq”.

ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə və hansı nəticənin ola bilməsinə gəlincə, ekspert deyib ki, sözün düzü, hansısa sənədin imzalanacağını, yaxud bu istiqamətdə növbəti müsbət bir addım atılacağını proqnozlaşdırmaq çətindir, istənilən halda bu görüşün müsbət nəticəsi olacağına ümid bağlamalıyıq.

Zəngəzur dəhlizinin müzakirəsinə, hansısa qərarın verilə biləcəyi mümkünlüyünə də toxunan S.Məmmədov söyləyib ki, dəhlizlə bağlı dəmir yolunun və avtomobil yolunun tikintisi nəzərdə tutulur, təxminın 42 km-lik bir sahədir. Azərbaycanın burada tələbi beynəlxalq hüquq normalarına əsaslanır: “Yəni Azərbaycandan Azərbaycana maneəsiz gediş-gəliş təmin olunmalı, gömrük, sərhəd yoxlanılması aparılmamalıdır. Bizim istəyimiz budur. Bu, beynəlxalq praktikada çox geniş yayılıb. Dövlət öz anklav ərazisinə, ada ərazisinə, yaxud harasa keçid etmək üçün başqa bir dövlətin quru ərazilərindən və ya ərazi sularından istifadə edir. Bu zaman onu sərhəd, gömrük yoxlamasına məruz qoymurlar. Bizim tamamilə legitim bir tələbimiz var və bunu Ermənistandakı bəzi qüvvələr şişirdiblər, eksterritorial yurisdiksiya yaratması barədə mif uydurublar, bu, tamamilə səhvdir. Bu, sadəcə bir yoldur, bizim yüklər, nəqliyyat vasitələri sərnişinlərimiz yoxlanılmadan təhlükəsiz şəraitdə Naxçıvana gedib oradan da geri qayıdırlar, vəssalam. Həm Ermənistan özü, həm maraqlı olmayan qüvvələr bunun ətrafında bir ajiotaj yaradıblar. Amma bu məsələ həllini tapmalıdır. Yolun açılmasını istəməyən qüvvələr ümumiyyətlə çoxdur. Ona görə ki, ortada çoxlu alternativlər var, amma bu, əlverişli bir dəhliz ola bilər. Bundan Ermənistan da bəhrələnə bilər. Çünki məsələn, Azərbaycana aid olmayan yükləri Ermənistan həm sərhəd, həm gömrük  yoxlamasına məruz qoyacaq, həm də rüsumlar əldə edəcək. Yolun istismarına görə pul qazanacaq. Nəhayət, gələcəkdə dəmir yolunu bərpa edə bilsə, özü ondan, həmçinin avtomobil yolundan  istifadə edəcək, Avropaya əlavə çıxış əldə edəcək. Bu məsələ həllini tapmalıdır. İndi Ermənistan hakimiyyətinin bu istiqamətdə meyilli olduğu görünür, amma Ermənistanın daxilində və xaricdə olan bəzi qüvvələr buna çox mane olurlar. Azərbaycan tərəfindən heç bir problem yoxdur. Ümid edirəm ki, Vaşinqtonda bu məsələyə də toxunalacaq. Yolların bərpa olunması, mühafizəsi digər məsələlər diqqətdə ola bilər, amma bir görüşlə bütün məsələlərin həlli də mümkün deyil. Hər halda biz buna müsbət yanaşır, sülhə doğru növbəti bir addım, kommunikasiyaların açılmasında mühüm bir addım kimi ümid bəsləməliyik”.

Pərvanə Sultanova




Baxış sayı: 170
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30