Rusiyanın apardığı müharibənin Qara dənizdə yaratdığı təhlükə həm Avropa İttifaqının xarici sərhədində, həm də NATO-nun cənub-şərq cinahında özünü açıq şəkildə göstərir. Avropanın fəaliyyət qabiliyyətini qoruyub-qoruyamayacağı məhz burada da müəyyən olunur. Fact-info.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Bolqarıstan və Rumıniyaya səfərindən əvvəl açıqlamasında bildirib.
Rumıniyanın Rusiya aqressiyasını xüsusilə son vaxtlar dronların hava məkanını pozulması ilə birbaşa hiss etdiyini vurğulayan nazir diqqətə çatdırıb: “NATO üzvü olan dövlətin suverenliyinə qarşı bu cür hücumlar qəbuledilməzdir. Almaniya Rumıniyanın yanındadır, cənub-şərqi Avropa səmasında rumın qırıcıları ilə birgə patrul uçuşları həyata keçirən “Eurofighter” təyyarələrimiz bunun bariz nümunəsidir. Biz Avropanı Rumıniya ilə birgə qorumağa və müdafiə etməyə sadiqik”.
Səfər çərçivəsində nazir hər iki ölkənin paytaxtlarında həmkarları ilə görüşlər keçirəcək.
Baxış sayı: 105
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
