FACT-INFO.AZ » QHT » Özbəkistanda Azərbaycan-Özbəkistan əməkdaşlığına dair konfrans keçirilib
13-10-2025, 10:30 | QHT
Özbəkistanda Azərbaycan-Özbəkistan əməkdaşlığına dair konfrans keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd Dövlət Şərqşünaslıq Universiteti ilə birgə "Özbəkistan-Azərbaycan: ədəbi əlaqələri və əməkdaşlığın perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirib. 

Tədbirdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, alimlər, universitetin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak edib. 

Konfransı Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçehrə Rixsiyeva açaraq əməkdaşlığımızın tarixindən danışıb, son illərdə bütün sahələrdə olduğu kimi mədəni-humanitar istiqamətdə də əlaqələrin durmadan inkişaf etdiyini diqqətə çatdırıb.   

Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Minhojiddin Mirzə Azərbaycan və Özbəkistanın yazıçılar qurumları arasında olan əməkdaşlıqdan, şair və yazıçılarımızın dostluğundan, ədəbi əlaqələrimizin tarixindan danışıb. 

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli konfransda çıxış edərək vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova "Özbəkistan və Azərbaycan xalqlarının mədəni və linqvistik ortaq kökləri: tarixi və müasir aspektlər" mövzusunda elmi məruzəsində Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, siyasi və mədəni inkişaf dinamikasını çoxşaxəli şəkildə təhlil edib. 

Sonra bir qrup özbək alimi, həmçinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, ADPU-nun müəllimi, filologiya elmləri doktoru, professor Könül Səmədova, Bakı Dövlət Universitetinin müəllimi, dosent Sevinc Ruintən, ölkəmizdən gələn digər alim, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva və başqaları ölkələrimiz arasında ədəbi əlaqələr, elm, mədəniyyət, ədəbiyyat sahələrində inteqrasiya proseslərindən danışıblar. 




Baxış sayı: 120
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30