Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək üçün oktyabrın 12-də Pakistana yola düşəcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Pakistan Milli Məclisinin sədri Serdar Ayaz Sadiqin iştirak edəcəyi görüşün mövzusu “Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi: Sülh, təhlükəsizlik və rifah naminə parlament əməkdaşlığı” olacaq.
Üç ölkə parlamentinin spikerlərinin Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Mərkəzinə baş çəkəcəyi gözlənilir.
Səfər çərçivəsində Numan Kurtulmuşun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətini Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qəbul edəcək.
Türkiyə parlamentinin nümayəndə heyəti oktyabrın 15-dək İslamabadda səfərdə olacaq
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
