Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə “Clarivate” şirkəti arasında bağlanmış müqavilə əsasında “ProQuest Central” multidisiplinar akademik məlumat bazası 123 müəssisəyə, o cümlədən Mərkəzi Elmi Kitabxana oxucularının limitsiz istifadəsinə verilib.
MEK-dən Fact-info.az-a bildirilib ki, 100-dən artıq mövzunu əhatə edən və dünyanın aparıcı nəşriyyatlarının elmi resurslarını bir araya gətirən “ProQuest Central” tədqiqatçılara geniş informasiya imkanları yaradır.
Tam mətnli akademik informasiya bazası olan “ProQuest Central” 43 000 jurnal, 2.5 milyon konfrans materialı, 380 000 dissertasiya, 470 000 ölkə və sənaye hesabatı, 24 000 audio və video məzmun, 340 000 situasiya araşdırması, 3.3 milyon preprint məqalə, 4500 ticarət jurnalı, 900-dən artıq qlobal xəbər mənbələri kimi məzmunda 47 kolleksiyadan ibarətdir.
Baza, həmçinin süni intellekt dəstəkli ProQuest Research Assistant (PRA) aləti ilə təqdim olunur. PRA tədqiqatçılara daha dəqiq axtarış aparmaq, materialları sürətli analiz etmək və mövzular üzrə faydalılığını müəyyənləşdirmək imkanı verir.
Bazanın kitabxana daxilində istifadəsi üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://www.proquest.com/
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
