BMT maliyyə çatışmazlığı səbəbindən sülhməramlı qüvvələrin sayını təxminən 25 faiz azaltmağı planlaşdırır. Fact-info.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, dünyada həyata keçirilən sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 13-14 min nəfər azaldıla bilər. Bu addım maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqələndirilir.
Rəsmi bildirib ki, üzv dövlətlər tərəfindən ödənişlərin gecikdirilməsi və bəzilərinin ümumiyyətlə vəsait ayırmaması BMT-nin fəaliyyətinə ciddi təsir göstərir.
Təşkilatın ən böyük donorlarından biri olan ABŞ da daxil olmaqla, bir neçə ölkə BMT-nin müntəzəm büdcəsinə və sülhməramlı əməliyyatlara ümumilikdə təxminən 3 milyard dollar borcludur. Bunun 1,5 milyard dolları əsas büdcəyə, qalanı isə missiyalarla bağlı xərclərə aiddir.
Baxış sayı: 85
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
