FACT-INFO.AZ » XƏBƏR » Hulusi Kılıç: Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin təzahürüdür
8-10-2025, 21:00 | XƏBƏR
Hulusi Kılıç: Qəbələdə keçirilən TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin təzahürüdür

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü regional gündəliyin mərkəzi mövzusuna çevrilib. Zirvə Görüşü iştirakçıları Türk dünyasında əməkdaşlığın gələcəyinə yönəlmiş, regionda sülh və təhlükəsizliyə töhfə verən mühüm təşəbbüsləri müzakirə ediblər.

Bu fikri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA-nın (Sosial İnkişafa Dəstək İctimai Birliyi) Türkiyədəki nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, tədbirin təşkili ən yüksək səviyyədə olub, Qəbələnin gözəlliyi ona xüsusi kolorit bəxş edib.

“Son 16 il ərzində Türk Dövlətləri Təşkilatı üzv və müşahidəçi ölkələr arasında dialoqa və konsolidasiyaya mühüm töhfə verib, geniş Türk dünyası məkanında əməkdaşlıq potensialının üzə çıxarılmasına kömək edib. Müasir TDT sadəcə əməkdaşlıq üçün struktur deyil, mühüm geosiyasi və strateji mərkəzlərdən biridir. Qəbələdə keçirilmiş TDT Zirvə Görüşü Türk dünyasında əməkdaşlıq və inkişaf istəyinin təzahürüdür”, - deyə İMZA İctimai Birliyinin nümayəndəsi türk dövlətləri arasında dialoq və əməkdaşlığın başqa ölkələrə qarşı yönəlmədiyini, TDT-nin isə mehriban qonşuluq, sülh və rifahın təşviq edilməsi üçün bir platforma olduğunu vurğulayıb.

H.Kılıç 2026-cı ildə digərləri ilə yanaşı, TDT ölkələri arasında birgə təlimlərin keçirilməsi təklifini səsləndirən Prezident İlham Əliyevin çıxışını yüksək qiymətləndirib. “Azərbaycan Prezidenti, Ali Baş Komandanın çıxışı türk dövlətləri arasında əməkdaşlığın yeni mühüm istiqamətini müəyyənləşdirdi. Təhlükəsizliyi təmin etmədən və güclü ordu mövcud olmadan qüdrətli dövlətin formalaşdırılması və ölkələrin mütərəqqi inkişafı qeyri-mümkündür”, - deyə keçmiş səfir bildirib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zirvə Görüşü iştirakçıları qarşısında qaldırdığı mövzuların əhəmiyyətinə də diqqət çəkib. “Türkiyə liderinin 2024-cü ildə razılaşdırılan “Böyük Türk Dili” modeli və Ortaq Türk Əlifbası ilə bağlı söylədiyi fikirlər xüsusi maraq doğurub”, - deyə H.Kılıç qeyd edib.

Bundan başqa, İMZA İctimai Birliyinin nümayəndəsinin sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin TDT ölkələri arasında hərəkətlərin əlaqələndirilməsi və rəqəmsal əlaqənin gücləndirilməsi məqsədilə Kibertəhlükəsizlik Şurasının yaradılması təşəbbüsü maraq doğurub.

“Özbəkistan, Türkmənistan, Macarıstan, Qırğızıstan və ŞKTC liderlərinin çıxışları da məzmunluluq və türk dövlətlərinin qarşılıqlı fəaliyyətinə töhfə vermək istəyi ilə seçilib. Qəbələ Bəyannaməsinin 12 bəndinin əsasını siyasi iradə və gələcək əməkdaşlıq istəyi təşkil edib”, - deyən H.Kılıç Qəbələdə keçirilən Zirvə Görüşünün bütün türk dövlətlərinin maraqlarının reallaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.




Baxış sayı: 115
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30