Dubayda keçirilən və dünyada ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib. Bu fakt Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən müəyyən olunub, dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilib və bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.
Qeyd edilib ki, məsələ Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən nəzarətdə saxlanılır.Azərbaycan sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə böyük stendlə təmsil olunur. Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkətləri iştirak edir.
Baxış sayı: 1 608
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

