Ötən gün III MDB Oyunları çərçivəsində Xankəndi şəhər stadionunda kamandan oxatma yarışları başa çatıb.
Mükafatlandırma mərasimindən dərhal sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Qarabağın incisi olan qədim Şuşa şəhərinə yola düşüblər.
Səfər zamanı qonaqlar şəhərin tarixi və mədəni məkanlarını - Mərkəzi Meydanını, “Xan qızı” bulağını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa məscidini və Cıdır düzünü gəziblər. Tur iştirakçılarına Azərbaycan mədəniyyətinin beşiyi, görkəmli şairlərin, musiqiçilərin və rəssamların vətəni olan Şuşanın tarixi barədə məlumat verilib. Qonaqlar şəhərin özünəməxsus ab-havasını xüsusi vurğulayıblar.
Turun sonunda iştirakçılar Şuşada xatirə fotoları çəkdiriblər. Axşam dostluq mühitində keçirilən şam yeməyi ilə davam edib.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
