Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri də Elməddin Qəhrəmanovdur.
O, 1997-ci il yanvarın 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açıb. 2003–2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011–2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (AAHM) bitirdikdən sonra - 2018-ci ildən Vətənə xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı kimi Elməddin Qəhrəmanov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində böyük şücaət və rəşadət nümayiş etdirib. Oktyabrın 6-da Ağdam rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elməddin Qəhrəmanov 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
