Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Trampın telefon danışğı olub.
Fact-info.az xəbər verir ki, tərəflər Qəzza zolağındakı vəziyyəti və Yaxın Şərqdə diplomatik nizamlanma tədbirlərini müzakirə ediblər.
Türkiyə Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.
“Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, həmçinin Qəzza zolağındakı vəziyyət müzakirə edilib. Ərdoğan Vaşinqtona səfərinin Türkiyə-Amerika əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini və iki ölkə arasında bütün sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi üçün addımların atılmasının vacib olduğunu bildirib”, - açıqlamada deyilir.
Ərdoğan Türkiyənin bütün regionda, xüsusilə də Qəzza zolağında sülh və əmin-amanlığın təmin edilməsi üçün hər cür səy göstərdiyini və bu məqsədə yönəlmiş təşəbbüsləri alqışladığını deyib.
Əlavə edib ki, Türkiyə sülhə nail olmaq üçün diplomatik səylərini gücləndirəcək, qlobal sülhün əldə edilməsinə töhfə verməyə davam edəcək.
Baxış sayı: 140
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
