Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treyninqi”nin üçüncü mərhələsi keçirilir.
Fact-info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim heyətinin iştirakı ilə təşkil olunan tədbirlər “Dərsin planlaşdırılması və tədris proqramının hazırlanması” modulunu əhatə edir.
Tədbirin əsas məqsədi iştirakçıların pedaqoji bacarıqlarını və tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini yüksəltmək, eyni zamanda təhsil prosesini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən treyninqlər oktyabrın 3-dək davam edəcək.
Baxış sayı: 250
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
