Ölkəmizdə keçirilən III MDB Oyunları ilə əlaqədar yarışların keçirildiyi məkanlarda və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin effektiv təşkili üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərdə gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparırlar.
Fact-info.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
"Həmçinin, müvəqqəti quraşdırılmış konstruksiyaların dayanıqlılığına nəzarət, qaldırıcı qurğuların, eskalator və liftlərin, texnoloji nəqliyyat vasitələrinin təhlükəsiz istismarı, yanğın və nüvə təhlükəsizliyi ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən fasiləsiz olaraq monitorinq işləri həyata keçirilir.
Bundan əlavə, III MDB Oyunlarına hazırlıq dövründə Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən yarışlar keçirilən şəhər və rayonlarda yerləşən mehmanxana və iaşə obyektləri, mədəniyyət, əyləncə və ticarət obyektləri, tibb müəssisələrində yanğın və texniki təhlükəsizlik mövzusunda kütləvi maarifləndirmə işləri aparılıb", məlumatda deyilir.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
