NATO pilotsuz uçuş aparatları ilə bağlı Danimarkada qeydə alınmış insidentlərdən sonra Baltik dənizində mövcudluğunu gücləndirdiyini açıqlayıb.
“Reuters” xəbər verir ki, regiona hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş bir freqat, həmçinin əlavə kəşfiyyat, müşahidə və patrul vasitələri göndəriləcək.
Hazırlığın artırılması həftənin əvvəlində baş vermiş hadisələrlə bağlıdır. Bir neçə iri dron Kopenhagen üzərindəki hava məkanında müşahidə olunmuş və bu, Şimali Avropanın ən böyük hava limanının bir neçə saatlıq bağlanmasına səbəb olmuşdu.
Analitiklərin fikrincə, NATO-nun atdığı addımlar həm qətiyyət nümayiş etdirmək, həm də dronlarla mübarizənin praktiki yollarını tapmaq məqsədi daşıyır.
Hazırlığın gücləndirilməsi yanvar ayında başlanmış “Baltic Sentry” əməliyyatını da tamamlayır. Əməliyyat regionda hava və dəniz məkanına genişləndirilmiş nəzarəti nəzərdə tutur. Burada aviasiya, pilotsuz uçuş aparatları, gəmilər və sualtı qayıqlar iştirak edir. Əməliyyatın məqsədi potensial düşmənçilik fəaliyyətlərinin qarşısını almaqdır.
Bundan əlavə, NATO-nun Baş katibi Mark Rütte sentyabrın ortalarında Rusiya təyyarəsinin Polşanın hava məkanını pozmasından sonra alyansın şərq cinahında əlavə tədbirlərin görüləcəyini açıqlamışdı.
Baxış sayı: 125
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
