FACT-INFO.AZ » XƏBƏR » Şair-publisist Şaban Abdullanın kitabının təqdimat mərasimi keçirilib
26-09-2025, 20:30 | XƏBƏR
Şair-publisist Şaban Abdullanın kitabının təqdimat mərasimi keçirilib
Şaban Abdulla (Şaban Abdulla oğlu Daşdəmirov) ali təhsilli jurnalistdir. O, I Vətən müharibəsində iştirak edib. Hazırda Balakən rayonunun Hənifə kəndində yaşayır. Ailəlidir, 4 övladı, 8 nəvəsi var.
Şaban müəllim ehtiyatda olan mayordur. O, həmçinin, ictimai sahədə də fəallıq göstərir.Hazırda "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəallarındandır.
Ş.Abdulla II Vətən savaşında iştirak etmiş və şəhid olmuş 31 soydaşımızın ömür yolu barədə kitab yazıb və onu çap etdirib. Sentyabrın 23-də Balakən rayon Mədəniyyət Mərkəzində "44 günlük savaşda Balakən fədailəri" kitabının təqdimat mərasimi keçirildi. Tədbiri ön sözün müəllifi, tarixçi-alim Akif Məmmədli açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Akif müəllim kitab haqqında məlumat verdi. Dedi ki, bu kitab orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və ali məktəb tələbələri üçün gözəl mənbədir.
"Azərbaycan bayrağı" ordenli"şəhid baş leytenant Harun Alqayevin atası Məhəmməd Alqayev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Qax, Zaqatala və Balakən rayonları üzrə Regional şöbəsinin müdiri, müharibə veteranı Vaqif Hümbətov və başqaları Şaban müəllimə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda hər bir ailəyə "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi adından Təşəkkürnamə və müəllifin adından "44 günlük savaşda Balakən fədailəri" kitabı təqdim edildi.
Redaksiyadan: biz, qazi Şaban Abdullanı bu kitabın çapı ilə əlaqədar təbrik edir və Ali Baş Komandana həsr etdiyi şeiri təqdim edirik.
Şamil Sabiroğlu, jurnalist.
25.09.2025. 
Şaban Abdulla
Ali Baş Komandana
Cənab Baş Komandanım,
Xalqım Sizə güvəndi,
Bir yumruğa sarıldıq,
Vətənim bütövləndi.
Şuşa, biz gəldik dedin,
Duydu hər qaya, hər daş, 
Sizin bir kəlmənizlə 
Çiçəkləndi Qarabağ.
Otuz illik bu həsrət,
Biz dözürdük haçandı.
Yetdi vüsal söylədin-
Qarabağ Azərbaycandır!
Cənab Baş Komandanım,
Xalqım Sizə güvəndi,
Bir yumruğa sarıldıq
Vətənim bütövləndi.
Siyasət kürsüsündə
Sizə rəqib görmədik.
Sülh bizim amalımız.
Bir kəlmənlə birləşdik.
Azadsan, ay Xocalım,
Ay Ağdərəm, Xankəndim.
Əldə üçrəng bayrağım,
Sənin görüşünə gəldim.
Cənab Baş Komandanım,
Xalqım Sizə.güvəndi.
Bir yumruğa sarıldıq,
Vətənim bütövləndi.
Zəfər, mənim zəfərim, 
Zəfər mənim haqqımdır.
Düşmən gördü gücümü,
Ağ bayraqla dayandı.
Cənab Baş Komandanım,
Xalqım Sızə güvəndi.
Bir yumruğa sarıldıq,
Vətənim bütövləndi.
Rahat uyu, şəhidim,
Qanın yerdə qalmadı.
Şəhidliyin zirvəsi,
Zəfər kimi ucaldı.



Baxış sayı: 225
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30