Böyük Britaniyanın Daxili Cinayət Agentliyi (NCA) Londondakı Hitrou və digər iri hava limanlarında uçuşların pozulmasına səbəb olmuş ehtimal olunan kiberhücumla bağlı təxminən 40 yaşında bir şəxsin saxlanıldığını açıqlayıb.
“The Independent” xəbər verir ki, şübhəli şəxs Qərbi Sasseksdə saxlanılıb və kompüterdən qanunsuz istifadə aktının pozulmasında ittiham olunub. Daha sonra o, müəyyən şərtlərlə girov müqabilində azadlığa buraxılıb. Hadisə nəticəsində Londonun Hitrou, Brüsselin və Berlinin hava limanlarında minlərlə sərnişin gecikmələrlə üzləşib. Bəzi aviaşirkətlər qeydiyyat və minik əməliyyatlarını əl ilə aparmalı olub.
NCA-nın Milli Kibercinayətkarlıq İdarəsinin rəhbəri, direktor müavini Pol Foster bildirib ki, araşdırma hələ ilkin mərhələdədir.
Hadisənin “Collins Aerospace” şirkətinə qarşı həyata keçirildiyi bildirilir. Şirkət dünyanın müxtəlif hava limanlarında bir sıra aviaşirkətlər üçün qeydiyyat və minik sistemləri təmin edir.
Baxış sayı: 80
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
