17–21 sentyabr 2025-ci il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib.
Beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, Breyn Rinq kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə partilər təşkil olunub.
Zəngin məzmunu ilə seçilən düşərgə iştirakçıların liderlik bacarıqlarının inkişafına, komanda ruhunun möhkəmlənməsinə və dövlətçilik dəyərlərinə sadiq gənclər kimi formalaşmasına mühüm töhfə verib. Bağlanış mərasimində isə iştirakçılara sertifikatlar təqdim olunub.
Fact-info.az
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

