FACT-INFO.AZ » XƏBƏR » “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
21-09-2025, 14:30 | XƏBƏR / CƏMİYYƏT
“Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikri tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, türkoloq-alim, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının birinci cildi “Elm və təhsil” nəşriyyatında yenidən işıq üzü görüb.

Fact-info.az xəbər verir ki, üç cilddə nəşri planlaşdırılan kitabın 1-ci cildində milli ideologiya problemi bütün aspektləri ilə tədqiqata cəlb edilmişdir. Burada öncə milli ideologiya ilə bağlı etnos, millət, milliyyət, xalq, milli mənəvi dəyər, milli ideya və digər anlayışların şərhləri verilmişdir. Eyni zamanda kitabda Azərbaycan xalqının formalaşması, etnogenezi, dini-fəlsəfi dünyagörüşü, dili, “Azərbaycan” sözünün tarixi-coğrafi və siyasi-ideoloji mənası geniş şəkildə tədqiq olunmuşdur.

İlk dəfə 2011-ci ildə yayımlanan bu kitabın təkrar nəşri ilə bağlı Faiq Ələkbərli mətbuata verdiyi açıqlamasında bildirib ki, “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” adlı kitablarının ilk iki cildini yenidən yayınlamaqla yanaşı, üstəlik üçüncü cildini də yazaraq bu mövzunu davam etdirmək fikri təsadüfən meydana çıxmamışdı: “Məqsədimiz milli ideyalarımızı (azərbaycançılıq, türkçülük) yer kürəsində  təqribən 60 milyona yaxın əhalidən ibarət Azərbaycan xalqına, Azərbaycan türklərinə, bütövlükdə 300 milyondan çox Türk xalqlarına həm yenidən çatdırmaq, təbliğ etmək, həm də dünyada və regionda baş verən mühüm dəyişikliklər fonunda Azərbaycan Respublikasının bölgənin və Türk Dövlətləri Təşkilatının (TDT) lider dövlətlərindən biri kimi əhəmiyyətini ortaya qoymaqdır. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni milli ideya axtarışı ilə bağlı tezisləri, o cümlədən Azərbaycanın dünyada yeganə ailəsinin Türk dünyasının, yəni Türk ailəsinin olması ilə bağlı mülahizəsi milli ideologiya probleminin bir daha aktuallığını ifadə etməkdədir”. Müəllif onu da qeyd edib ki, ilk iki cilddə milli ideologiya, milli ideya ilə bağlı hələ də aydınlığa qovuşmamış, mübahisəli qalan məsələləri 3-cü cilddə yenidən dəyərləndirib əsaslandırmağa çalışacaqdır.




Baxış sayı: 125
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30