FACT-INFO.AZ » QHT » “Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusunda forum keçirilib
18-09-2025, 14:00 | QHT
“Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusunda forum keçirilib

Sentyabrın 18-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə “Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusuna həsr olunan forum keçirilib.

Fact-info.az xəbər verir ki, Anım Gününün beşinci ildönümü ərəfəsində “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan xalqı üçün yaddaş sadəcə tarixin bir “simvolu” deyil, milli kimliyimizin, dözümlüyümüzün və müstəqilliyimizin təməlidir. Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib. Sovet repressiyalarından Birinci Qarabağ müharibəsinə, oradan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədəri həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.

“2020-ci ildə Vətən müharibəsi başa çatan kimi Prezident İlham Əliyev məhz Şəhidlər xiyabanından xalqa müraciət edərək Zəfəri bu xatirə məkanından xalqa çatdırdı. Sonrakı illərdə müharibədə həlak olanların ailələri üçün geniş sosial dəstək paketi təsdiq olundu və beləliklə fədakarlığın heç vaxt unudulmayacağını nümayiş etdirdi”, - deyə o qeyd edib.

Tarixi abidələrin və tikililərin də yaddaşımızın bir hissəsi olduğunu deyən Rəhman Hacıyevin sözlərinə görə, bu gün Qarabağda inşa edilən memorial komplekslər, Şəhidlər xiyabanı, Xocalı soyqırımı abidəsi, Zəfər memorialı – bunların hamısı yalnız simvol deyil, həm də dirçəlişimizin, milli iradəmizin göstəricisidir.

“Yaddaşımız yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və bizə azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün ilham verir. Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq”, - deyə R.Hacıyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bərpa-quruculuq işlərində milli həmrəyliyin rolu və digər məsələlərlə bağlı fikirlərini bölüşərək, cəmiyyətin hər bir üzvünün bu proseslərdə iştirakının vacibliyini vurğulayıblar.

Sonra tədbir panel müzakirələrlə davam edib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı iştirakçılar “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu”, “44 günlük Vətən müharibəsinin regional geosiyasətə təsiri”, “Qarabağın azadlığı və dirçəlişində dövlət-cəmiyyət birliyinin rolu”, “Azadlıq və dirçəliş prosesində milli həmrəylik və kollektiv məsuliyyət, “44 günlük Vətən müharibəsindən sonrakı dövrdə regional əməkdaşlıq və sülh quruculuğu” və digər mövzular ətrafında çıxış edərək geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşı olan şirkətlərin nümayəndələri də çıxış ediblər. “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri çıxışları zamanı işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyindən danışmaqla yanaşı, QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.

Qeyd olunub ki, Qarabağın bərpası təkcə dövlət qurumlarının deyil, həm də yerli özəl sektorun məsuliyyətidir. Bu gün azad edilmiş torpaqlarda infrastruktur, sosial və iqtisadi layihələrdə iştirak edən yerli şirkətlər həm sahibkarlıq potensialını gücləndirir, həm də regionun dayanıqlı inkişafına töhfə verir.

Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib, çıxışçılar tədbir iştirakçılarının onlara ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Tədbirin sonunda Fond tərəfindən məruzəçilərə kristal plaket, tədbirin hər bir iştirakçısına isə xatirə, dayanıqlılıq və inkişaf dəyərlərini təcəssüm etdirən ting təqdim olunub. Qeyd edilib ki, iştirakçılar onları əkib böyütməklə xatirənin, yenilənmənin və gələcəyi qoruyub-bəsləmək məsuliyyətinin canlı rəmzinə töhfə vermiş olacaqlar.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30