FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub
18-09-2025, 10:30 | İQTİSADİYYAT / XƏBƏR
Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub

Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksəksəviyyəli platforma kimi tanınır. Fact-info.az xəbər verir ki, tədbirdə “Handelsblatt” qəzetinin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda təqdimatla çıxış edib.

Diplomat çıxışında Azərbaycanın müstəqilliyin bərpasından sonra “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər hövzəsində enerji sahəsində yeni dövrün əsasını qoyduğunu, regionu Qərb şirkətləri üçün açdığını və uzunmüddətli strateji tərəfdaşlıqların təməlini atdığını bildirib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin Azərbaycanın iri qaz yataqlarını birbaşa Avropa ilə birləşdirdiyi, həmin infrastruktur vasitəsilə Avropaya nəql olunan qazın həcminin ildən-ilə artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il Azərbaycanın qaz ixracı rekord həddə - 25,3 milyard kubmetrə çatıb, bunun 13 milyard kubmetri Avropaya nəql edilib. Vurğulanıb ki, Azərbaycan cəmi iki il ərzində Avropaya qaz ixracını öz resursları hesabına 50 faizdən çox artıraraq, kəskin təchizat böhranı dövründə tərəfdaşlarına mühüm dəstək göstərib.

N.Ağayev bildirib ki, hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir, onlardan 11-i Avropadadır, 9-u isə Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməsinin göstəricisidir.

Azərbaycanın Almaniya ilə əməkdaşlığının da xüsusi önəm daşıdığını vurğulayan diplomat, “Uniper” və SEFE şirkətlər ilə illik ümumilikdə 3 milyard kubmetr qaz idxalını nəzərdə tutan uzunmüddətli müqavilələrin mövcud olduğunu xatırladıb.

Səfir, həmçinin qlobal geosiyasi risklərə və təchizat zəncirlərinin pozulmasına baxmayaraq, Azərbaycanın heç bir tədarükü dayandırmadığını diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan liderlərinin ötən ay Vaşinqtonda sülh sazişini paraflamasının və birgə bəyanat imzalamasının regionda sabitlik, yeni nəqliyyat və ticarət marşrutlarının, infrastruktur layihələrinin və sərmayələrin əsasını qoyacağını bildirib.

Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavatdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalandığı qeyd edilib. Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı yaradaraq, Avropanın enerji keçidində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Təqdimatdan sonra səfir moderatorun suallarını cavablandıraraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi, alternativ enerjinin inkişafı, Bakının ev sahibliyi etdiyi COP29-un nəticələri və digər məsələlərlə bağlı ətraflı məlumat verib.




Baxış sayı: 110
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30