“Hazırda Xankəndidə 12 məktəbəqədər və 25 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Şəhərdə yerləşən 4 nömrəli məktəbdə 1030 şagird təhsil alır, yaxın günlərdə isə ikinci məktəbin istifadəyə verilməsi nəzərdə tutulur”. Fact-info.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib. O, bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura qayıdan hər bir məktəbyaşlı uşaq ümumi təhsilə cəlb olunub.
Emin Əmrullayev, həmçinin Bakı və ətraf ərazilərdə məktəblərin təmiri və yenidənqurulması ilə bağlı məlumat verib: “Xəzər, Binəqədi rayonlarında, Abşeronun Saray və Hökməli qəsəbələrində, eləcə də Sumqayıtda bir neçə məktəb təmir edilərək istifadəyə verilib. Binə qəsəbəsindəki sıxlıq da uşaq sayının tənzimlənməsi ilə aradan qaldırılıb. Paralel olaraq məcburi köçkün məktəblərinin fəaliyyəti də mərhələli şəkildə dayandırılır. İnanıram ki, qısa zamanda “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkün məktəbi sayılan məktəblər ya bağlanacaq, ya da yerli məktəbə çevriləcək. Məcburi köçkün məktəblərimiz ənənəvi yurduna qayıtdıqda həmin məktəbin geri qayıtmayan şagirdləri mövcud məktəblərin kontingentinə yönləndirilir. Hesab edirəm ki, proses qənaətbəxş səviyyədə icra olunur”.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
