"Bu gün əsgərlərimiz Rusiyaya həqiqətən ciddi itkilər veriblər, onlara təşəkkür edirəm. İtkilər cəbhə xəttində, sərhəd bölgələrində, eləcə də uzaqmənzilli zərbələrimiz sayəsində Rusiyanın öz ərazisində baş verir".
Musavat.com bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.
Zelenski Rusiya neft sənayesinin ciddi şəkildə məhdudlaşdırıldığını qeyd edib:
"Rusiya neft zavodları, terminalları və yanacaqdoldurma bazaları alov içindədir. Biz Rusiya neft sənayesini ciddi şəkildə məhdudlaşdırmışıq və bu da onların müharibə aparmaq imkanlarını xeyli zəiflədir. Çünki Rusiya müharibəsi, əslində, neftin, qazın və digər enerji resurslarının funksiyası üzərində qurulub.
Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarına təşəkkür edirəm - onlar son günlər Primorskda çox dəqiq əməliyyat həyata keçiriblər. Bu, Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalıdır. Orada ciddi ziyan vurulub, hər şey yoxlanılıb və təsdiqlənib. Bu zərbə düşmən üçün çox ağrılı oldu".
Volodimir Zelenski Ukrayna xüsusi təyinatlılarının Ust-Luqa limanını və Rusiyanın dünya bazarına çıxış nöqtələrinin hamısını nəzarətdə saxladığını vurğulayıb:
"Hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz aparatları min kilometrlərlə məsafədə əməliyyatlar həyata keçirə bilir. Bu işdə Xüsusi Əməliyyat Qüvvələri, Pilotsuz Sistemlər Qüvvələri, Xarici Kəşfiyyat Xidməti və Hərbi Kəşfiyyat (GUR) da fəal iştirak edir".
Baxış sayı: 105
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
