FACT-INFO.AZ » XƏBƏR » Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb
14-09-2025, 19:00 | XƏBƏR
Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşüb.

Dövlətimizin başçısı sakinlərlə söhbət etdi.

Qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun, siz də xoş gəlmisiniz.

Qadın sakin: Xoş gəlmisiniz, şükür bugünkü günümüzə, 30 illik həsrətə son qoyduq.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz, son qoyduq.

Qadın sakin: Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Hörmətli Prezident, xoş gəlmisiniz.

Qadın sakinlər: Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər kişi sakin: Xoş gəlmisiniz. Siz gələn yollar, ayağınız dəyən torpaqlar cənnətə dönür.

Prezident İlham Əliyev: Sağ ol.

Kişi sakin: 30 il işğalda olmuş torpaqlarımızı geri qaytardınız, bizim torpağımızı, vətənimizi bizə qaytardınız.

Prezident İlham Əliyev: Elədir, siz də xoş gəlmisiniz.

Kişi sakin: Çox sağ olun, var olun, minnətdarıq.

Qadın sakin: Allah Sizə dəyməsin.

Prezident İlham Əliyev: Sağ olun, xoş gördük. Salaməleyküm.

Kişi sakin: Xoş gəlmisiniz, Allah köməyiniz olsun.

Sakinlər: Sağ olun. Xoş gəlmisiniz, Allah köməyiniz olsun, Allah Sizə cansağlığı versin. Şükür bugünkü günümüzə, Allah canınızı sağ eləsin. Bütün bunları Siz etdiniz.

Prezident İlham Əliyev: Doğrudan da tarixi günlər yaşayırıq. Sizi ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Doğma Qarabağ torpağında artıq gəlib yerləşdiniz. Burada bir neçə kəndin sakinləri görüşə gəlib. Bu gün bir neçə kənddə olmuşam, sabah da davam edəcək. Bütün Qarabağ artıq tam nəzarət altındadır və bildiyiniz kimi, bu ərazi iki il bundan əvvəl işğalçılardan azad edildi. Elə bu günlərdə - sentyabrın 19-20-də şanlı Ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi. “Böyük Qayıdış” Proqramı da uğurla icra edilir. Biz təqribən iki aydan sonra tarixi Zəfərimizin beşillik yubileyini qeyd edəcəyik.

Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq.

Sakinlər: Amin.

Prezident İlham Əliyev: Amma sülh şəraitində yaşamaq üçün əlbəttə ki, güc lazım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bilirsiniz, biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər. Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı.

Sakinlər: Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah onlara rəhmət eləsin. Ancaq Vətən uğrunda şəhid olmaq, əlbəttə ki, böyük qəhrəmanlıqdır və onların xatirəsini biz əbədi yadımızda saxlayacağıq, onların xatirəsinə əbədi hörmət edəcəyik.

Bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Sizin yaşadığınız kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Sizi təbrik edirəm.

İşğal dövründə harada yaşamısınız?

Qadın sakin: Mingəçevirdə yaşamışıq.

Sakinlər: Allah canınızı sağ eləsin. Çox sağ olun. Allah Sizi başımızın üstündən əskik etməsin.

Kişi sakin: Cənab Prezident, bizə bu sevinci, bu hissi yaşatdığınıza görə Sizə çox-çox minnətdarıq. Allah dövlətimizi, Sizi, Bayrağımızı qorusun. Yaşasın Azərbaycan! Siz demişkən, Qarabağ Azərbaycandır!

Digər kişi sakin: Çox sağ olun, var olun. Sizin ayağınız dəyən yerlər cənnətə dönür. Bu gün biz 30 il həsrətində qaldığımız torpaqlarımıza, dədə-baba yurdumuza qayıtmışıq. Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə uzun ömür, cansağlığı versin.

Prezident İlham Əliyev: Harada yaşamısınız işğal dövründə?

Kişi sakin: Bir müddət Beyləqanda yaşamışıq, sonra isə Bakıya köçmüşük. Bu günə şükür. Allah Sizi var eləsin, öz torpaqlarımızda daimi yaşayacağıq.

Prezident İlham Əliyev: İndi doğma torpağa qayıtmısınız. Amma gənc qızlar görünür ki, buranı heç vaxt görməyiblər, eləmi? Amma yenə də qayıdıblar. Siz harada yaşamısınız?

Gənc qız: Biz Qaradağda, Lökbatanda.

Prezident İlham Əliyev: Bura kurort yerdir, həm havası, həm suyu.

Qadın sakinlər: Çox qəşəngdir, havası çox təmizdir. Nəvələrim beş gündür ki, burada qəşəng dincəlir, istirahət edirlər.

Prezident İlham Əliyev: Bəh, bəh, bəh, Allaha şükür.

Sakinlər: Allah canınızı sağ eləsin.

Kişi sakin: Bu xalqın yolunda çəkdiyiniz əziyyətə, gördüyünüz işlərə görə hamımız Sizə təşəkkür edirik. Çox sağ olun. Dəmir yumruq yerindədir!

Prezident İlham ƏIiyev: Sağ olun. (Azərtac)




Baxış sayı: 140
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031