FACT-INFO.AZ » QHT » QHT "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbirini keçirib
11-09-2025, 15:30 | QHT
QHT "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbirini keçirib

Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin təşkilati dəstəyi ilə Ballıca kənd Tam Orta Məktəbinin Akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbiri keçirilmişdir.

Tədbirdə Xankəndi şəhər Xüsusi Nümayəndiliyinin əməkdaşları, Ballıca kənd sakinləri, Xankəndi şəhərində bərpa-quruculuq işlərində çalışanlar və  digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə, Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin Məskunlaşma Şöbəsinin baş məsləhətçisi  Xəyal Muradov  açılış nitqi etmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra, QMHİB-yi və sədrini tədbir iştirakçılarina təqdim etmiş, mövzu ilə bağlı ətraflı çıxış etmişdir. QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra , tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildrmişdir. Həsən Qarayev, tədbirin həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd etmişdir.Layihə rəhbəri unudulmaqda olan adət-ənənələrdən,tariximizə sahib çıxmamızdan,düşmən üzərində ləyaqətli qələbə qazanmaq ənənəsindən danışmışdır.Layihə rəhbəri QHT-lərə Dövlət Dəstəyi Agentliyinə bu cür layihələri dəstəklədiyi üçün xüsusi təşəkkürünü bildirmişdir. Xankəndi şəhərində yerləşən Xüsusi Nümayəndəliyin Xocalı Şöbəsinin baş məsləhətçisi Vüsal Həsənov milli adət-ənənələr, torpağa bağlılıq, mənəvi dəyərlər ilə bağlı gənclər arasında təbligat işinin aparılmasının vacibliyi barədə çıxış etmişdir. Şəhid anası Afinə Hümbətova erməni vəhşiliyindən,  bizim gənclərin mərdliyindən,torpağa olan bağlılıqdan, Vətənə olan sevgidən, Qazi və Şəhid ailələrinə olan hörmətdən danışmışdır. Tədbir iştirakçıları ailə dəyərləri, toy adət-ənənəsi, yas adətləri, milli geyim, ata-baba ocağının doğmalılığlndan,Türk milli kimliyi, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildirmişlər.

 Mövzu ilə bağlı çıxış edənlər, Ballıca kənd ziyalısı İlham Quliyev, İdeya Yap AŞ-nin əməkdaşı Çinğiz Məmmədov, Xankəndi şəhərində Bərpa- Qurculuq işlərində çalışan Kamal Məmmədov, Ballıca kənd Tam Orta Məktəbinin müəllimi Vüsalə Hümbətova, ziyalı Şahsuvar Hümbətov, müharibə veteranı Ismayıl Nəcəfov və digərləri belə bir layihənin olmasını çoxdan arzuladıqlarını bildirərək İB-in sədrinə adət-ənənələrımizin,milli-mənəvi dəyərlərimizin təbliğindəki roluna görə təşəkkür etmişlər.Tədbirdə iştirak edənlər bu cür layihələrin müasir dövrdə çox vacib olduğunu, orta ümumtəhsil məktəblərində, gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulamışlar. Sonda İB-nin sədri, H.Qarayev tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri üçün, həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirmişdir.

 




Baxış sayı: 210
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30