"TRIPP layihəsi ilə bağlı obyektiv reallıq və subyektiv qavrayışlar var. Obyektiv reallıq ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Vaşinqtonda bir daha bir-birinin ərazi bütövlüyünü, suverenliyini, yurisdiksiyasını və sərhədlərinin toxunulmazlığını tanıyıb. Bu fikirəri Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentdə çıxışı zamanı söyləyib.
Paşinyan bildirib ki, o, özü ilə Vaşinqtonda imzalanmış sənədin surətini gətirib. "Sənəddə bildirilir ki, Ermənistan ərazisində TRIPP adlı infrastruktur yaradılacaq. Bütün hekayə ondan ibarətdir ki, bu protokolda ABŞ və Azərbaycan prezidentlərinin imzası var. Sənədin 4-cü bəndində deyilir ki, TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirələrin gündəliyində olan məsələdir. Sual yaranır ki, Azərbaycanın bununla nə əlaqəsi var? Əlaqə belədir: bu regional layihə Azərbaycana da bağlanmalıdır. Ermənistanla Azərbaycan arasında kommunikasiyalar bir-birinə bağlanmalıdır. TRIPP layihəsi Ermənistan ilə ABŞ arasında ikitərəfli müzakirə mövzusudur" - deyə Paşinyan vurğulayıb.
Ermənistan lideri deyib ki, Donald Trampla “Dünyanın kəsişməsi” layihəsinin inkişafı ilə bağlı niyyət memorandumu imzalanıb.
Baxış sayı: 105
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
