FACT-INFO.AZ » QHT » Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz” layihəsi öz işini yekunlaşdırdı
10-09-2025, 15:00 | QHT
Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz” layihəsi öz işini yekunlaşdırdı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi 01.05.2025-ci il və 31.08.2025-ci il tarixləri əhatə edən  «Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz» layihəsini  Ağstafa, Tovuz,  Ağcabədi, Ağdam rayonlarında və Gəncə şəhərinin Yeni Kəlbəcər qəsəbəsində yekunlaşdırdı.

On tədbirdən ibarət layihəyə, Ağstafa rayon, Yazıçılar Evində, Tovuz rayon, Qovlar şəhər Gənclər Evində, Ağcabədi rayon, Bayraq Muzeyində, Ağdam rayon, Quzanlı Qəsəbəsinin Olimpiya Kompleksində, Gəncə şəhər, Yeni Kəlbəcər Qəsəbəsinin Mədəniyyət Mərkəzində 185 nəfər yeniyetmə və gənc birbaşa  cəlb olunmuşlar.Layihə çərçivəsində sosial şəbəkələr üzərindən yeniyetmə və gənclər, Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 9 000 nəfərdən çox yeniyetmə və gənc bu layihədən xəbərdar olmuş, Yaradıcı yeniyetmələrimizin əl işləri, sənət nümunələri, ifaçılıq və s. bacarıqları ilə tanış  olmuş,  dolayı yolla maariflənmişlər.

Tədbirlərdə  Azərbaycanın Dövlət Himni oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri  Şahin Qədirov,  «Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz» layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. Təşkilatın sədri və layihənin koordinatoru layihə haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması, 2023-cü ildə aparılan antiterror əməliyyatı, ölkəmizdə, xüsusən işğaldan azad olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq işləri barədə  məlumat verdi. O, nadir istedad nümayiş etdirən yaradıcı yeniyetmə və gənclərimizin xüsusi diqqət və qayğıyla əhatə olunması haqqında geniş, maarifləndirici məlumatlar verərək, dünya miqyasında yeniyetmə və gənc yaşlarından xalqımızın, dövlətimizin tanınmasında əvəzsiz xidmətləri olan korifey sənətkarlarımızın, dahi şəxsiyyətlərimizin bəşəri sənət nümunələri, əqli töhfələri barədə geniş məruzə etdi.

   Rəsmi şəxslər və ekspertlər çıxış üçün söz alaraq nadir istedad, qabiliyyət nümayiş etdirən yeniyetmələrimizin bilik və bacarıqlarının vətənimizin çiçəklənməsinə səfərbər edilməsinin strateji əhəmiyyət daşıdığını xüsusi olaraq qeyd etdilər. Çıxışları zamanı bildirdilər ki,  «Yaradıcı yeniyetmələrimiz, etibarlı gələcəyimiz» layihəsinin qarşıya qoyduğu hədəflər təkcə bu günün deyil,  eyni zamanda ən-ənə olaraq, nəsildən-nəsilə ötürülməklə gələcək nəsillərin bilik və bacarıqlarının xalqımızın rifah və mənəvi inkişafının daha da zənginləşməsinə hesablanıb. Əlavə olaraq qeyd etdilər ki, bədii sənətin dili kəskin, ömrü uzun olur, deyilənlər unudulur, yaradılanlar, yazılanlar xalqın mənəvi, mədəni tarixinə əbədi olaraq həkk olunur.Düşmən işğal altında uzun illər saxladığı, qarət etdiyi torpaqlarımızı ona görə özününküləşdirə bilmədi ki, ulularımız,  ata-babalarımız Vətən torpağının hər qarışını mədəniyyət məbədinə çevirmişlər. Bu ənənənin yeniyetmə və gənclərimiz tərəfindən davam etdirməsinin nə qədər əhəmiyyətə malik olmasını yaradıcı yeniyetmə və gənclərimiz yaxşı bilməlidir deyə vurğulamışlar.

 Tədbirlərdə yeniyetmə və gənclərin yaradıcılıq mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai  birliklər, icmalar, dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması,  yeniyetmə və gənc istedadlıların sənət nümunələrini  əhatə edən kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlardan sonra yeniyetmə və gənc istedadlıların əl işlərinə, rəsmilərinə, rəqslərinə, poeziya nümunələrinə, əqli-fəlsəfi, tarixi fikirlərinə, ifalarına və s. baxış keçirildi. Münsiflər heyəti tərəfindən qaliblər seçilərək sertifikatlarla, hədiyyələrlə mükafatlandırıldılar.

   Xüsusi istedada malik yeniyetmə və gəncləri narahat edən bütün suallara aydınlıq gətirildi.

  Yerlərdə mədəniyyət mərkəzlərinin rəhbərləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür müsabiqələrin xüsusi istedadlı yeniyetmə və gənclər arasında mütəmadi təşkilinin əhəmiyyətinə toxunaraq, belə maarifləndirici tədbirlərin onların yaradıcılığında yüksək mənada öz əksini tapacağına əmin olduqlarını bildirdirmişlər.

   Dəftərxana ləvazimatları, qovluqları paylanmış tədbirlər, çay, şirniyyat süfrəsilə yekunlaşdı.

 

 

 




Baxış sayı: 190
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30