Qazaxıstanın Almatı şəhərində "Almatı: Türk Dünyası Gənclər Paytaxtı 2025"in açılış mərasimi baş tutub. Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyindən göndərilən dəvətə əsasən tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Ötən il Azərbaycanın Lənkəran şəhəri "Türk dünyasının gənclər paytaxtı - 2024"ə ev sahibliyi edib. Qazaxıstanın cənub paytaxtı ilk dəfə olaraq "2025-ci il Türk dünyasının gənclər paytaxtı" statusuna layiq görülüb.
Açılış mərasimində Lənkəran şəhərinin nümayəndələri rəmzi açarı təntənəli şəkildə Almatı gənclərinə təhvil verib, bununla da qardaşlıq, etimad və yeni imkanlar estafetini davam etdiriblər.
Azərbaycan nümayəndə heyətindən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Cəfərzadə, Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və bir qrup gənc iştirak ediblər.
Nümayəndə heyəti tərkibində iştirak edən "İlin Gənci" mükafatçısı, IX "Muğam" Televiziya Müsabiqəsinin finalçısı, gənc və istedadlı xanəndə Yusif Cəfərbəyli və onu müşayiət edən gənc milli musiqi ifaçıları tədbirin mədəni proqramında Azərbaycan milli musiqilərini, muğam sənətimizi layiqincə nümayiş etdiriblər. Onlar öz çıxışları zamanı "Sizə salam gətirmişəm" mahnısını, "Qarabağ şikəstəsi" zərbi muğamını və bir çox milli ruhlu musiqilərimizi təqdim edib.
Baxış sayı: 150
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
