FACT-INFO.AZ » QHT » “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib
7-08-2025, 11:30 | QHT
“Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib

5 avqust 2025-ci  il tarixdə Qusar rayonunun  Həsənqala kəndində Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi tərəfindən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilib.

Fact-info.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsi çərçivəsində təşkil edilib. Təlimin məqsədi yerli sakinləri qeyri-ənənəvi turizm fəaliyyətləri, kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu barədə məlumatlandırmaq, Həsənqala kəndində turizm fəaliyyətləri, qonaqlara göstərilən xidmətlər, bu sahədə çətinliklər və perspektivlərlə bağlı müzakirə aparmaq idi.  

Təlimdə Qusar rayonu Həsənqala kənd sakinləri, o cümlədən turizmlə məşğul olan sahibkarlar, həmçinin kənd ziyalıları iştirak ediblər.

Təlimin rəsmi hissəsində layihənin rəhbəri Fərrux Əsgərov və təlimçi Sədaqət Qəmbərova çıxış etdilər, layihənin məqsədi, kənd turizmi və dayanıqlı inkişaf anlayışları,  kənd turizminin yerli iqtisadiyyatda rolu haqqında danışdılar.

Rəsmi çıxışlardan sonra müzakirələr aparıldı. Müzakirələr zamanı qeyd olundu ki, Qusar rayonu geniş turizm imkanlarına malikdir və ölkənin ən çox turist qəbul edən bölgələrindən biridir. Həsənqala kəndinin qədim tarixi var. Bundan başqa kəndin təbiəti və qarlı qışı il boyu turizmin inkişafı üçün imkanlar yaradır. Kənd ərazisində göl var və balıqçılıq turizminin inkişaf etdirilməsi bu kəndə yerli və xarici turistlərin cəlb edilməsində əhəmiyyətli rol oynaya bilər. 

Iştirakçılar həm də bildirdilər ki, turizmin inkişafı üçün müvafiq infrastruktur var, o cümlədən yol inrastrukturu, kəndin elektrik enerjisi və qazla təminatı yaxşı səviyyədədir. Kənddə klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kəndin torpaq və iqlim şəraiti ekoloji təmiz məhsul, o cümlədən meyvə, tərəvəz və bostan bitkilərinin yetişdirilməsi üçün əlverişlidir və bu da turistlərin cəlb edilməsi üçün fürsətdir.

Bununla belə rayonun digər əraziləri ilə müqayisədə kənddə turizm fəaliyyətləri o qədər də geniş inkişaf etməyib. Müzakirələrin nəticələrini ümumiləşdirsək, burada marketinq fəaliyyətinin zəif olması, turistlərə təqdim edilən xidmət çeşidinin məhdudluğu, icma əsaslı fəaliyyətlərin olmaması, ümumilikdə kənd turizminin təşkili sahəsində müvafiq bilik və bacarıqların olmamasını turizmin inkişafında əsas maneələr kimi qeyd etmək olar.




Baxış sayı: 230
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30