FACT-INFO.AZ » QHT » Yeniyetmə və gənclərlə görüş keçirilib!
6-08-2025, 09:49 | QHT
Yeniyetmə və gənclərlə görüş keçirilib!

Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının rəhbərliyi Mahmudavar kənd Ərazi Partiya Təşkilatında yeniyetmə və gənclərlə görüş keçirib. Tədbir iştirakçıları öncə Mahmudavar kəndində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra YAP Masallı rayon Təşkilatının Mahmudavar Ərazi Partiya Təşkilatında “Canlanır hər şəhər, kənd Qarabağda!” devizi altında tədbir keçirilib. Tədbiri YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev açdı. Dahi siyasətçi Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Seyfəddin müəllim dedi:

-“Biz, bu gün Mahmudavar kəndində yaşayan bir qrup yeniyetmə və gənclə görüşə gəlmişik. Məlumdur ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşı zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin gücü sayəsində, həmçinin, 2023-cü il sentyabrın 19-20-də aparılan lokal antiterror əməliyyatları zamanı işğal edilmiş ərazilər düşmən tapdağından azad edildi. Hazırda Qarabağda böyük quruculuq işləri aparılır. Əminəm ki, tezliklə Qarabağ turizm bölgəsi, həmçinin, beyin mərkəzi kimi tanınacaq.

YAP Masallı rayon Təşkilatının Mahmudavar Ərazi Partiya Təşkilatının sədri Kinəxanım Əliyeva çıxışına bu sözlərlə başladı:

-Hörmətli tədbir iştirakçıları, Qarabağın işğaldan azad edilən ərazilərində əmək bulaq kimi qaynayır. Xocalı Beynəlxalq Hava Limanının, həmçinin, Füzuli, Zəngilan və Laçın Hava limanlarının istifadəyə verilməsi dövlətimizin beynəlxalq imicinə əsl dəstəkdir. Azərbaycanın Dövlət Başçısının Rəhbərliyi altında Qarabağda keçirilən beynəlxalq tədbirlərdə  həm də beynəlxalq əməkdaşlıq üçün yeni-yeni perspektivlər açılır.Fəxrlə və böyük ümidlə bildirirəm ki, Xankəndi şəhərində fəaliyyətə başlayan  “Qarabağ” Universiteti bölgənin inkişafına öz töhfəsini verəcək.

 Kinəxanım Əliyeva  həmçinin, YAP Masallı rayon Təşkilatının rəhbərliyinə bu görüş üçün öz təşəkkürünü bildirdi. Mahmudavar kənd tam orta məktəbinin humanitar təmayüllü XI sinif şagirdi, ictimai fəal Leyla Səttarova, Zahid Şahbazov Dövlətimizin Qarabağda apardığı işləri dəstəklədiklərini bildirdilər.

Şamil Sabiroğlu, jurnalist.

06.08.2025.





Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30