FACT-INFO.AZ » QHT » Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi Quba rayonunda təlim keçirib 
3-08-2025, 12:30 | QHT
Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi Quba rayonunda təlim keçirib 

Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi 29 iyul 2025-ci il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirmişdir.

Fact-info.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə icra edilən “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsi çərçivəsində təşkil edilmişdir.  Təlimin məqsədi yerli sakinləri kənd turizmi və dayanıqlı inkişaf anlayışları,  kənd turizminin iqtisadiyyatda rolu, həmçinin neqativ təsirləri və ətraf mühitin qorunması zərurəti, turizm xidmətləri ilə bağlı dünya təcrübəsi və s. məsələlər haqqında məlumatlandırmaq idi.

Təlimdə Quba Regional Turizm İdarəsinin nümayəndəsi Azər Səfərov, Zərdabi İnzibati Ərazi Dairəsi və bələdiyyə nümayəndələri, yerli sakinlər, fermer və sahibkarlar iştirak etmişlər.

Layihənin rəhbəri Fərrux Əsgərov iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi, daha sonra layihənin məqsədi, kənd turizmi və onun yerli iqtisadiyyatda rolu haqqında ümumi məlumat verdi.

Layihənin təlimçisi Sədaqət Qəmbərova mövzuya dair təqdimatla çıxış etdi və daha sonra müzakirələr aparıldı. Müzakirələr zamanı qeyd olundu ki, Quba rayonunun digər kəndləri ilə müqayisədə Zərdabi qəsəbəsində turizm fəaliyyətləri zəifdir. Bunun əsas səbəbi isə Zərdabinin müasir tipli qəsəbə olmasıdır. Bununla belə, çoxsaylı olmasa da, əsasən yerli turistlər bu qəsəbədə istirahət edirlər. Qeyd edək ki, turistlərə göstərilən xidmət çeşidləri məhduddur. Onlara kirayə evlər təklif edilir, bəzən isə regionun görməli yerlərinə gəzintilər təşkil edilir. Bələdçilik xidmətini əsasən taksi xidməti göstərən sürücülər yerinə yetirirlər.

Qəsəbədə daha çox aqroturizmin inkişafı üçün böyük imkanlar var. Belə ki, burada iqtisadiyyatın əsasını kənd təsərrüfatı, əsasən meyvəçilik təşkil edir, xüsusilə gilas, şaftalı, alma istehsalı geniş yayılıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və soyuducu anbarların bu qəsəbədə yerləşməsi kənd təsərrüfatının inkişafı üçün xüsusilə əhəmiyyət kəsb edir.

Iştirakçılar bildirdilər ki, qəsəbənin infrastrukturu, o cümlədən yollar, enerji və qaz təchizatı yaxşı səviyyədədir. Lakin yay aylarında su təchizatı ilə bağlı müəyyən problemlər olur.

Iştirakçılar qəsəbədə təhsil səviyyəsinin yüksək olduğunu da diqqətə çatdırdılar və bildirdilər ki, qəsəbədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə  əsasən yerli kadrlar çalışırlar.

Qeyd edək ki, yerli sakinlər, xüsusilə bələdiyyə nümayəndələri  Vüqar Şirinov, Fatmaxanım Feyzullayeva, fermerlər Hörmət Qafarov, Əmirbala Feyzullayev, Sənubər Mahmudova müzakirələrdə çox aktiv iştirak edirdilər.

Hesab edirik ki, aqroturizmin inkişafı üçün qəsəbədə potensial var, lakin bu turizm fəaliyyətlərinin geniş yayılması üçün yerli sakinlərin texniki dəstəyə, o cümlədən marketinq biliklərinin artırılmasına ehtiyac var.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30