FACT-INFO.AZ » QHT » Növbəti 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub
31-07-2025, 09:30 | QHT
Növbəti 100 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən məzun olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) sayca beşinci “Məzun Günü” keçirilib.

Fact-info.az xəbər verir ki, bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi hazırlanıb.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirin açılışında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov kibercinayətkarlığın artan qlobal iqtisadi təsirləri, süni intellektin kibertəhlükə mühitinə yaratdığı yeni risklər və insan faktorunun kibertəhlükəsizlikdə həlledici rolu barədə danışıb.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov nitqində 2023–2027-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə dövlət strategiyasının əhəmiyyətini vurğulayıb, rəqəmsal savadlılıq və məlumatların qorunmasının əsas prioritetlərdən olduğunu qeyd edib. O, AKM-in ekosistemin inkişafına verdiyi töhfələri və bu sahədə beynəlxalq təcrübəyə əsaslanan təlimlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra tərəfdaş qurumların, eləcə də “Technion”un nümayəndələri çıxış edərək proqramın əhəmiyyətini, məqsədlərini və gələcək perspektivlərini vurğulayıblar. Tədbirin davamında məzunlardan ibarət komanda təhsil müddətində qazandıqları bilikləri real dünya problemlərinə və mövzularına tətbiq etdikləri yekun layihələrini təqdim ediblər. Daha sonra yüksək nəticə əldə etmiş 2 məzunun mükafatlandırılması baş tutub. Sonda məzun olan 100 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.

Tədbir çərçivəsində “Capstone” layihəsinin təqdimatı baş tutub. Sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov komanda üzvlərinə mükafatlar təqdim edib.

Daha sonra Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Sonra Hakaton elan olunub və qalib komandanın üzvlərinə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov mükafatları təqdim edib.

Yekunda bütün məzunlara sertifikatları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən “Blue team”, “Red team” və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələniblər. İndiyədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 380 nəfər məzun olub, hazırda isə 6-cı dalğanın 60 tələbəsi təhsilini davam etdirir.




Baxış sayı: 195
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30