FACT-INFO.AZ » QHT » Ağdərə rayonunda botaniki tədqiqatlar aparılıb
30-07-2025, 15:30 | QHT
Ağdərə rayonunda botaniki tədqiqatlar aparılıb

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları Ağdərə rayonunda geniş botaniki tədqiqatlar aparıblar.

İnstitutdan Fact-info.az-a bildirilib ki, ekspedisiyanın məqsədi 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Ağdərə və ətraf ərazilərin bioloji müxtəlifliyi, mövcud floristik vəziyyətin qiymətləndirilməsi, bu ərazilərdə yayılan çoxsaylı bitki növlərinin müqayisəli təhlili, yeni növlərin, yeni yayılma yerlərinin, həmçinin endemik və nadir, Qırmızı kitaba düşən növlərin əsaslı monitorinqinin aparılması olub.

Əsasən meşəlik ərazilərdən ibarət olan Ağdərə rayonundan 70-ə qədər bitki növü yığılıb. “Digitalis ferruginea L.”, “Epipactis palustris”, “Hylotelephium maximum” (L), “Chrysojasminum friticans” (L.), “Phedimus” spurius kimi növlər ilk dəfə olaraq Ağdərə rayonundan Herbari fonduna (yeni yaradılan qalereyaya) daxil ediləcək. Yay fəsli olmasına baxmayaraq ərazidə erkən yaz florasına mənsub “Cephalanthera longifolia” (L.) növü müşahidə olunub. Tədqiq olunan ərazilərdən toplanılmış bitki nümunələrinin GPS məlumatları qeydə alınıb və yerindəcə herbariləşdirilib.

Ekspedisiya müddətində, həmçinin Ağdam, Əsgəran, Xankəndi, Xocalı və Şuşa rayonu ərazilərində tədqiqatlar aparılıb. Böyük Qayıdışa dair Dövlət Proqramının həyata keçirilməsinə töhfə olaraq professor Səyyarə İbadullayevanın müəllifliyi və redaktorluğu ilə hazırlanan, xalq təbabəti, baytarlıq təbabəti, quşçuluq və arıçılığın inkişafına aid istifadə olunan bitkilər haqqında “Qarabağ florasında yayılan dərman bitkilərindən istifadəsi” adlı buklet və broşürlər öz ata-baba yurdlarına qayıtmış yerli icmalara təqdim edilib. Bununla yanaşı, “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” bələdiyyələrə, məktəblərə və yerli icmalara təqdim olunub.

Ekspedisiyanın nəticəsi olaraq 24 fəsiləyə 49 cinsə və 72 növə aid 210 nüsxə herbari materialları yığılıb Herbari fonduna təhvil verilib.




Baxış sayı: 170
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30