FACT-INFO.AZ » QHT » Qəçrəşdə kənd turizminin inkişafına dair maarifləndirici təlim keçirilib
26-07-2025, 11:30 | QHT
Qəçrəşdə kənd turizminin inkişafına dair maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu rolu mövzusunda maarifəndirmə işinin təşkili” layihəsini həyata keçirir.

Layihə çərçivəsində 24 iyul 2025-ci il tarixdə Quba rayonunun Qəçrəş kəndində “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilmişdir. Təlimi giriş sözü ilə layihə rəhbəri Fərrux Əsgərov layihə haqqınd geniş məlumat verdi. Təlimdə Qəçrəş İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, kənd turizmi ilə məşğul olan yerli sakinlər və sahibkarlar, bələdiyyə nümayəndələri iştirak etmişlər.

Layihə təlimçisi dayanıqlı inkişaf və Azərbaycan hökumətinin siyasəti, kənd turizminin sosial-iqtisadi təsirləri, bu sahənin inkişafı üçün Azərbaycanda həyata keçirilən tədbirlər, həmçinin problem və çağırışlar barədə təqdimat etdi. Təqdimatdan sonra mövzu ətrafında müzakirələr aparıldı. Bildirildi ki, hələ sovet dövründən Qəçrəş kənd sakinlərinin kənd turizmi sahəsində böyük təcrübəsi var. Hazırda isə bu sahə sürətlə inkişaf etməkdədir. Kənd əhalisinin böyük əksəriyyəti öz evlərini yerli və xarici turistələrə kirayə verməklə gəlir əldə edirlər və bu onların məşğulluğunda mühüm rol oynayır. Iştirakçılar onu da qeyd etdilər ki, burada turizm fəaliyyətləri il boyu davam edir, yəni qış turizmi də inkişaf edir.

Iştirakçıların dediyinə görə, qonaqların böyük əksəriyyəti yerli turistlərdir, bununla belə müxtəlif ərəb ölkələrindən gələn turistlər də kənddə dincəlirlər. Yerli sakinlər turistlərlə yaxşı münasibətlər yarada biliblər, belə ki, onların münasibəti çox zaman davamlı olur. Sakinlər turistlərə daha geniş xidmət çeşidi təqdim etməyə çalışırlar, onlar yalnız evlərini kirayə verməklə kifayətlənmir, həmçinin milli yemək nümunələri təklif edir, bələdçilik xidməti göstərir, qonaqların regiona gəzintisini təşkil edirlər.

Iştirakçılar həmçinin bir sıra problemlərə də toxundular. Onların dediyinə görə turizmin inkişafı üçün kəndin yaxşı infrastrukturu var. Amma sahibkar Fazil Salahov bildirdi ki, yeganə problem kənddə su çatışmazlığıdır. Kəndə su xətti çəkmək üçün mənbə var, amma dövlət tərəfindən bu məsələnin həlli üçün malıyyə vəsaiti ayrılmalıdır.

Qəçrəş bələdiyyəsinin sədri Faiq Mirzəliyev ətraf mühitin qorunması məsələsinə toxundu. O bildirdi ki, sakinlər kənd təbiətinin qorunmasında və təmizliyində çox maraqlıdırlar. Amma, bəzən turistlərin davranışı ətraf mühitin çirklənməsinə səbəb olur. Kənd ərazisinin tullantılardan təmizlənməsi bələdiyyə tərəfindən idarə olunur və əhali də bu işə çox fəal dəstək verir.

Iştirakçılar qeyd etdilər ki, kəndə turist axını çoxdur, buna görə yeni qonaq evlərinin tikintisinə ehtiyac var və bunun üçün onların imkan da var. Amma həyətyanı torpaq salələrinin ölçüsünün kiçik olması və pay torpaqlarının kənd təsərrüfatı təyinatlı olması səbəbindən bunu edə bilmirlər.

Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, bu cür təlimlərin davamlı olması məqsədə uyğun hesab edildi.




Baxış sayı: 170
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30