FACT-INFO.AZ » QHT » QHT-lər üçün "Kiçik qrant” və “Böyük qrant” müsabiqəsi elan edildi
24-07-2025, 11:00 | QHT
QHT-lər üçün "Kiçik qrant” və “Böyük qrant” müsabiqəsi elan edildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” çərçivəsində layihə təkliflərinin qəbulunu açıq elan edir.


Hər müsabiqə çərçivəsində layihələr “Kiçik qrant” (20.000 manatadək) və “Böyük qrant” (50.000 manatadək) kateqoriyaları üzrə qəbul olunur.
 
Layihə təkliflərinə dair sənədlərin qəbulu 21 iyul – 4 avqust 2025-ci il müddətində mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Qeydiyyat üçün müraciət mygrant.culture.az veb-səhifəsindən avtomatik olaraq myculture kabinetinə yönləndirildikdən sonra kabinetdə müracətlər bölməsindən müvafiq müsabiqənin adını seçməklə layihələr təqdim olunmalıdır.
 
Müsabiqəyə müraciət üçün son tarix 4 avqust 2025-ci il, saat 18:00 müəyyən edilmişdir. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
 
Qrant müsabiqəsi ilə bağlı suallarla info@mygrant.az elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (tel: 147) müraciət etmək mümkündür.
 
Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikasının mədəniyyət siyasətinin və prioritet sahələrinin həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması, eləcə də mədəni irsin qorunmasında cəmiyyətin və fərdin iştirakçılığının artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet mövzuları əhatə edir:
 
1. Mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi (Azərbaycanın mədəni, ədəbi irsinin, incəsənət nümunələrinin və milli mənəvi dəyərlərin təbliği istiqamətində təşəbbüslər; Mədəniyyət sahəsində dövlət və özəl sektor arasında əməkdaşlığın qurulması təşəbbüsləri; Azərbaycan mədəniyyətinin rəqəmsal alətlər vasitəsi ilə təbliği üzrə təşəbbüslər; Tarixi və mədəniyyət abidələrin rəqəmsal məlumat bazalarının yaradılmasına dəstək);
 
2. İşğaldan azad olunmuş ərazilərə mədəniyyətin qayıdışı (İşğaldan azad olunmuş ərazilərin mədəni irsi, işğal dövründə mədəni irsə dəymiş ziyan haqqında məlumatlandırıcı rəqəmsal resursların yaradılması üzrə təşəbbüslər; Qayıdışa hazırlaşan gənclər və uşaqlar üçün işğaldan azad olunmuş ərazilərə işğaldan öncəki mədəni həyat haqqında məlumatlandırılması);
 
3. Mədəniyyət sahəsində könüllülük fəaliyyətinin təşkili (Ölkə ərazisində mədəniyyət müəssisələrində könüllülük fəaliyyətinin təşkili; Gənclər arasında davranış mədəniyyətinin təbliği; Könüllülər tərəfindən mədəniyyətin həyat tərzinin ayrılmaz parçası kimi təşviqi; Könüllülərin iştirakı ilə mədəniyyətin müxtəlif sahələrinin və mədəni irsimizin tədqiqi, qorunması, inkişafı və təbliği istiqamətindəki fəaliyyətlərin təşkili)
 
4. Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, təbliği, arxiv irsinə dəstək
 
5. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviqi (Azərbaycan mədəniyyətinin, eləcə də Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin xarici mediada, sosial şəbəkələrdə, beynəlxalq onlayn platformalarda və ensiklopedik resurslarda təmsil olunması əmsalının yüksəldilməsi üçün təşəbbüslər);
 
6. Beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi (“Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təbliği və təşkili üzrə təşəbbüslər; Azərbaycanının “İqlim naminə Mədəniyyət” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili; Azərbaycanın “Mədəniyyət naminə Sülh” təşəbbüsü çərçivəsində fəaliyyətlərin təşkili);
 
7. Davranış mədəniyyətinin inkişafı (Mütaliə mədəniyyətinin inkişafı və stimullaşdırılması; Rəqəmsal kitabxana xidmətlərin yaradılması və ya təkmilləşdirilməsi; Uşaq və gənclərdə azərbaycanlı milli kimliyinin və mədəni dəyərlərin formalaşdırılması üzrə təşəbbüslər; Dövlət və mədəniyyət müəssisələrində çalışanların bilik və bacarıqlarının artırılması).
 
Mədəni və yaradıcı sənayelərin təşviqi üzrə xüsusi qrant müsabiqəsinin mövzuları
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılması məqsədilə keçirilən müsabiqə aşağıdakı prioritet istiqamətləri əhatə edir:
 
1. Mədəni və yaradıcı sənayelərin inkişafına dair layihələr
(Mədəni və yaradıcı sənayelərlə bağlı audio-video podkast layihələrinin hazırlanması; Milli yaradıcı sənaye məhsullarının istehsalı (interaktiv tamaşalar, suvenir və əl işləri, geyim kolleksiyaları, foto və audio-video kontent və s.);
 
2. Mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr
(Mədəni və yaradıcı sənayelər sahəsində innovativ texnologiyaların (süni intellektin, VR, AR, Aİ, Open data, Open APİ) tətbiqi; Mədəni irs (maddi və qeyri-maddi) obyektlərinin rəqəmsallaşdırılması; Mədəni xidmətlərin və yaradıcı məhsulların satışı, eləcə də ixracı üçün rəqəmsal platformaların yaradılması və ya mövcud platformaların inkişaf etdirilməsi);
 
3. Kino, animasiya və oyun sənayesinin inkişafını təşviq edən layihələr (Mədəniyyətlərarası birgə istehsal layihələrinin həyata keçirilməsi; Filmlərin və multimedia materiallarının dublyajı; Birgə istehsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təlim-tədris proqramlarının təşkili);
 
4. Mədəni və yaradıcı sənayelərin inkişafını təşviq edən yerli və beynəlxalq tədbirlərin təşkilinə dair layihələr (Paytaxt və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən tədbirlərin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi; Ölkə daxilində mədəni və yaradıcı sənayelər üzrə yerli və beynəlxalq tədbirlərin təşkili; (kino, animasiya, cultech, dizayn, oyun sənayesi, musiqi) klasteri üzrə layihələr prioritet sayılır).
 
 
Qrant müsabiqəsinin iştirakçılarına dair tələblər:
 
1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalıdır;
 
2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;
 
3. “Böyük qrant” kateqoriyası üzrə müraciət edən qeyri-hökumət təşkilatlarının nizamnamə məqsəd və vəzifələri mədəniyyət sahəsində fəaliyyəti əhatə etməli, faktiki fəaliyyətinin ən azı 80%-i mədəniyyət sahəsi ilə bağlı olmalıdır. Eyni zamanda, donor tərəfindən əlavə olaraq, bu kateqoriya üzrə müraciət edən qeyri-hökumət təşkilatından 1 respublika səviyyəli mədəniyyət müəssisəsindən dəstək məktubunun təqdim edilməsi tələb oluna bilər;
 
4. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
 
5. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.
 
 
Qrant müsabiqəsində iştirak edən qeyri-hökumət təşkilatları aşağıdakı sənədləri təqdim etməlidir:
 
● Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron surəti;
● Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarışın əslinin elektron surəti;
● Nizamnamənin əslinin elektron surəti;
● Qeyri-hökumət təşkilatının VÖEN-in surəti
 
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə dair tələblər:
 
1. Layihə təklifinin müddəti minimum 3 ay olmaqla, maksimum 6 ayadək müddəti əhatə etməlidir.
 
2. Azərbaycan Respublikasının ərazisində həyata keçirilən layihələrə üstünlük verilir.
 
3. Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsində Heydər Əliyev Mərkəzlərinin fəaliyyətinin və imkanlarının genişləndirilməsinə yönəlik dayanıqlı layihələrə üstünlük verilir.
 
4. Beynəlxalq tədbirlərin (və ya fəaliyyətlərin) həyata keçirilməsini nəzərdə tutan layihələrdə beynəlxalq tərəfdaşa dair sənədin əlavə olunmasına üstünlük verilir.
 
5. Qrant müsabiqəsinə təqdim olunan layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.
 
Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinin qiymətləndirilmə meyarları:
 
■ Layihənin məqsədinin aydınlığı;
■ Layihənin innovativliyi;
■ Layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
■ Layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
■ QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
■ Layihə üzrə risklərin təhlili;
■ Layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
■ Layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
■ QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
■ Layihədən gözlənilən nəticələr;
■ Təqdim olunan sənədlərin və sənədlərdə məlumatların tələblərə uyğunluğu.
 
Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:
● Layihənin icra planı
● Layihənin xərclər smetası




Baxış sayı: 255
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər Dünən, 20:00 ABŞ-la Ermənistan arasında Zəngəzur- "Tramp yolu" üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişi paraflandı Dünən, 17:30 “Xarici güc mərkəzləri seçki prosesinə açıq şəkildə müdaxilə edir” Dünən, 17:00 FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq Dünən, 10:30 Müstəqillik Gününə həsr olunmuş konsert təqdim olunacaq Dünən, 10:30 Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub Dünən, 09:30 Alimlər yaşlı insanlarda təzyiqi azaltmağın sadə üsulunu tapıblar Dünən, 08:30 Nursultan Nazarbayev Prezident İham Əliyevə təbrik ünvanlayıb Dünən, 08:00 Ağdam şəhərinə növbəti köç yola salınıb Dünən, 08:00 30 illik zəhmətimin bəhrəsi olan “Türk dillərinin tibbi terminoloji lüğəti”ni hazırlamaq qürurvericidir 25-05-2026, 21:00 Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır 25-05-2026, 19:30 119 more families relocated to Shukurbayli village get house keys 25-05-2026, 18:00 HDİM İB Şirvanda ailələrin hüquqi maarifləndirilməsi mövzusunda tədbir keçirib 25-05-2026, 17:30 Cənubi Qafqazda davamlı sabitlik üçün strateji hədəflər 25-05-2026, 16:30 Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25-05-2026, 16:30 “Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi mexanizmləri” monoqrafiyası çap olunub 25-05-2026, 16:30 Kəlağayı Festivalı keçirilib 25-05-2026, 11:00 Tükənmişlik sindromunun əlamətləri 25-05-2026, 11:00 Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib 25-05-2026, 10:30 Qurban bayramı ilə bağlı fətva verildi 25-05-2026, 10:00 Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25-05-2026, 09:30 Azərbaycanın igid oğlu 24-05-2026, 14:00 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Cümhuriyyət dövrü şərəfli tariximizdir” 24-05-2026, 12:00 Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub 24-05-2026, 08:30 "Azərbaycanın post-münaqişə yenidənqurma modeli nümunə kimi qiymətləndirilir" - Prezident 23-05-2026, 15:00 103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb 23-05-2026, 14:00 Xaricdə Şuşaya həsr olunmuş kitabın təqdimatı keçirilib 23-05-2026, 09:30 Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 23-05-2026, 09:00 Hakan Fidanla ABŞ rəsmisi arasında görüş olub 22-05-2026, 21:00 Millət vəkili Şəkidə seçicilərlə görüşüb 22-05-2026, 20:00
Köşə yazarları
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031