FACT-INFO.AZ » QHT » Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb
17-07-2025, 08:30 | QHT
Cəbrayıl Könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində Cəbrayıl könüllülərinin təqdimatı keçirilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının “Cəbrayıl Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” Proqramının əsas məqsədi azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Cəbrayıl könüllülərinin şəhərə təşkil olunan səfəri zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllülərlə görüşərək şəhərdə aparılan bərpa-quruculuq işləri və həyata keçirilən layihələr haqqında geniş məlumat verib, suallarını cavablandırıb, könüllülərin səfər təəssüratlarını dinləyərək onlara bu nəcib işdə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin görüşdə tərəfdaş qurumların nümayəndələri könüllülərə işğaldan azad olunmuş ərazilərdə, eləcə də Cəbrayıl rayonunda könüllü fəaliyyətinin təşkili və onların iştirakı ilə həyata keçiriləcək fəaliyyətlərlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, Cəbrayıl könüllülərinin belə səfərlərinin tez-tez təşkil olunması, rayonda müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səfər zamanı könüllülər işğaldan azad olunmuş və yenidən qurulan, həyatın canlandığı Cəbrayıl şəhəri ilə, burada görülən işlər və sakinlər üçün yaradılan şəraitlə yaxından tanış olublar. Həmçinin şəhərdə məskunlaşan uşaq, yeniyetmə və gənclərlə görüşüb, fikir mübadiləsi aparıb, öz təəssüratlarını onlarla bölüşüblər. Səfərin sonunda könüllülər Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidə, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsünü ziyarət ediblər.

Qeyd edək ki, könüllülər növbəti mərhələlərdə Cəbrayıl rayonunda fəaliyyət göstərəcək, o cümlədən tədbirlərin təşkilində yaxından iştirak edəcəklər. Bununla yanaşı bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.




Baxış sayı: 105
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30