FACT-INFO.AZ » QHT » Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib
3-07-2025, 11:30 | QHT
Əməkdar artist Sahib Paşazadə “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində keçirilən görüş çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Özbəkistanın mədəniyyət elçisi” medalı ilə təltif olunub. Fact-info.az xəbər verir ki, medalı və onun sertifikatını ifaçıya Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib. Təltif zamanı nazir Sahib Paşazadənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələri, həmçinin Özbəkistanda keçirilən beynəlxalq festival və müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib, sənətkara yeni uğurlar arzulayıb.

Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan mədəniyyətinə göstərilən diqqət və dəstəyə görə, özbəkistanlı həmkarına təşəkkürünü bildirib.

Əməkdar artist Sahib Paşazadə göstərilən bu diqqəti yüksək qiymətləndirərək minnətdarlığını ifadə edib və gələcəkdə də Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, tarzən Sahib Paşazadə 2017-ci ildə Səmərqənd şəhərində keçirilən ənənəvi “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında Qran-Pri mükafatına, 2018-ci ildə isə Şəhrisəbz şəhərində təşkil olunan I Beynəlxalq “Makom” Festivalında birinci yerə layiq görülüb. O, həmçinin 2024-cü ildə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun fəxri professoru adına layiq görülüb.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30