İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumunda iştirak edən nümayəndə heyəti Ağdam şəhərinə yollanıb.
Fact-info.az xəbər verir ki, 7 ölkədən 100-dən artıq nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub.
Ekskursiya çərçivəsində qonaqlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi və tarixi Ağdam Cümə Məscidini ziyarət ediblər. Nümayəndələr şəhərin keçmişi və yenidən qurulan gələcəyi barədə ətraflı məlumat əldə ediblər.
Səfərin sonunda iştirakçılar üçün ziyafət və Azərbaycan mədəniyyətini əks etdirən mədəni-əyləncəli proqram təşkil olunub.
Qeyd edək ki, İƏT Həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu regionda gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.
Baxış sayı: 125
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
