FACT-INFO.AZ » XƏBƏR » "Bu torpaqlar Azərbaycanındır"
7-04-2017, 08:45 | XƏBƏR
"Bu torpaqlar Azərbaycanındır"

 Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə iştirak etmiş əcnəbi tələbələr səfər təəssüratlarını bölüşüblər.
 Yeddi ildir, Azərbaycanda yaşayan, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan Çin vətəndaşı Zhang Guoqinq deyib ki, ötən ilin aprelində burada şiddətli döyüşlər olub: “Bu torpaqlar Azərbaycanın ərazisidir. Müharibə bütün insanlar üçün dəhşətdir. Biz burada dağıdılmış evləri gördük. Eyni zamanda şahidi olduq ki, burada yenidən abadlıq işləri qurulur. Arzu edirəm ki, heç vaxt müharibə olmasın”.
 Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsi, zimbabveli Qaret Şoho Zimbabve Cocuq Mərcanlıya səfər etdiyi üçün sevindiyini etiraf edib: “Maraqlı səfərimiz oldu. Sakinlər yenidən evlərinə qayıdacaqlar. Bu, çox sevindiricidir. Onlar üçün ev tikilir, qəsəbə salınır”.
 ADİU-da təhsil alan Almaniya vətəndaşı Cens Stefen Bolay bildirib ki, Cocuq Mərcanlıda aparılan işləri gördükləri üçün çox sevinclidirlər: “Xüsusi ilə orada məktəb tikintisinin şahidi olduq. Təhsil çox önəmlidir. Qoy bütün uşaqlar sülh şəraitində yaşasın”.
BDU-da oxuyan pakistanlı Mahmud Athar qeyd edib ki, Cocuq Mərcanlı Azərbaycanın işğaldan azad olunmuş ərazisidir: “İnsanlar tezliklə öz doğma yurduna qayıdıb, burada yaşayacaq. Mən buna uğur kimi baxıram. Arzu edirəm ki, bu, böyük qayıdışın bir hissəsi olsun”.
 ADNSU-da təhsil alan Türkiyə vətəndaşı İbrahim Halil Yentur deyib ki, Cocuq Mərcanlıda erməni vəhşiliyi nəticəsində ziyan çəkmiş kəndə baxıblar: “İndi bu kənddə abadlıq işləri görülür. Mənim Qarabağla bağlı məlumatlarım çoxdur. Türkiyədə də həmişə dostlarla bu məsələ ilə bağlı müzakirələr aparmışıq. Amma indi baş verənləri gözümüzlə gördük. Mən istəyirəm hər zaman sülh olsun. Ermənilərin özünün olmayan torpağa görə günahsız insanlara zülm verməsi hamı tərəfindən pislənilir”.
 ADNSU-nun tələbəsi, yunanıstanlı Elina Mourantovanın sözlərinə görə, artıq 4-cü ildir, Bakıda yaşayır: “Mənim atam azərbaycanlıdır. Biz müharibə, ermənilərin Azərbaycan xalqına etdikləri zülmlər haqqında çox məlumat eşitmişik. Ancaq bu gün bura gəldik və məcburi köçkünlər kimi biz də bu ağır yükü üstümüzdə hiss etdik. Çünki bu insanlar evsiz-eşiksiz qalıb. Ancaq biz indi hər şeyin yenidən bərpa edildiyini görürük. Ümid edirik ki, insanlar yenidən öz evlərinə qayıdacaqlar və həyat yenidən burada bərqərar olacaq”.
 ADİU-nun tələbəsi, Rumıniya vətəndaşı Putilean Raul bildirib ki, ölkəmizdə olduğu müddətdə Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olub: “Cocuq Mərcanlıya səfərimizdə ermənilər tərəfindən zəbt olunmuş əraziləri gördük. Biz orda evlərin necə dağılmış vəziyyətdə olmasının şahidi olduq. Bununla yanaşı, sevindirici haldır ki, kənddə artıq evlər və məktəblər tikilir. İnsanların təhlükəsiz yaşaması çox yaxşıdır”.
 Mədəniyyət və İncəsənət Universitetində təhsil alan türkiyəli Can Akar qeyd edib ki, ötən il təmas xəttində baş verən hadisələrdən xəbərdar olublar: “Ötən il də burada döyüşlərin olması ilə bağlı xəbərlər eşitdik. Amma heç vaxt ağlıma gəlməzdi ki, biz bu gün burada olarıq. Bu gün qonaq olaraq biz, sahiblər olaraq siz burdasınız. Bunun hər zaman belə olmasını istərdik. Çünki sizin buna haqqınız var”. 

 

 

 

 




Baxış sayı: 1 759
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30