FACT-INFO.AZ » QHT » Şəhidlərin xatirəsinə inşa edilən bulaq istifadəyə verildi
11-05-2025, 21:00 | QHT
Şəhidlərin xatirəsinə inşa edilən bulaq istifadəyə verildi

Ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qədirbilən xalqımız tərəfindən daim əziz tutulur. Belə ki, təkcə Ölkəmizdə deyil, onun hüdudlarından kənarda da şəhidlərin tanıdılması istiqamətində silsilə tədbirlər keçirilir. Bu istiqamətdə müəyyən işlər görən ləyaqətli və səxavətli oğullardan biri hazırda “Azərbaycan Dəmir Yolları” QSC sistemində çalışan Füzuli Valeh oğlu Ələkbərovdur. Füzuli müəllim Tovuz rayonu Çobansığnaq kəndinin yetirməsidir. O, doğulub boya-başa çatdığı kəndin xeyir-şər məclislərində yaxından iştirak edir. Bu yaxınlarda vaxtı ilə yaşadığı kənddə dünyasını dəyişmiş atasının ruhunu şad etmək üçün Ehsan bulağı inşa etdirib.

Daim xeyirxahlıq etməyə tələsən Füzuli müəllim belə bir bulağı işlədiyi idarənin həyətində də inşa etdirib. Onlar 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşı zamanı şəhid olan Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin əməkdaşı Vaqif İsmayılzadə və Asəf Məmmədovdur. Hər 2 şəhidin atası bu İdarənin əməkdaşlarıdır.

Mayın 11-də şəhidlərin xatirəsinə inşa edilən Ehsan Bulağının açılış mərasimi keçirildi. Mərasimi Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, xeyirxah insan Müşfiq Əliyev açdı. Dahi siyasətçi Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Müşfiq müəllim qeyd etdi ki, Füzuli Ələkbərovun nəcib təşəbbüsü Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və  Nəqliyyat Naziri Rəşad Nəbiyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rzayev və Nərimanov rayon İcra hakimiyyətinin başçısı Elgin Həbibullayev tərəfindən dəstəklənib. Müşfiq müəllim həmin məmurlara tədbir iştirakçıları adından təşəkkür etdi.

Şəhid Asəf Məmmədovun atası Mehman bəy və şəhid Vaqif İsmayılzadənin atası Vüqar bəy övladlarının şərəfli ömür yolları barədə məlumat verdilər. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu, II Vətən savaşının qaziləri -Ramil Şirinov və Ceyhun Ağayev, “Yeni Baxış” İctimai Nəzarət Təşkilatının Saatlı  Regional şöbəsinin sədri Mirələkbər Məmmədov, həmin Təşkilatın Qaradağ rayon şöbəsinin sədri Asif Məmmədov və başqaları şəhidlərin tanıdılmasında zəhmətləri olan hər bir şəxsə öz təşəkkürlərini çatdırdılar.

Ehsan bulağını inşa etdirən Füzuli Ələkbərov Azərbaycan adını uca tutan hər bir insana imkanları daxilində dəstək göstərməyə hazır olduğunu bildirdi.

Sonda şəhid Asəf Məmmədov və şəhid Vaqif İsmayılzadənin xatirəsinə ehsan süfrəsi açıldı.

Şamil Sabir oğlu,

Nahidə Vahid qızı




Baxış sayı: 245
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30