“Qərbi Azərbaycana qayıdış” olimpiadasının paytaxt üzrə ilkin (şəhər) mərhələsi keçirilib.
Olimpiada Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ilkin mərhələdə şagirdlərə qapalı test formatında 30 sualın cavablandırılması üçün 70 dəqiqə vaxt verilib. Bu mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq.
Olimpiadanın yarımfinal turu 24 may tarixində regional üzrə, final mərhələsi isə iyun ayında Bakı şəhərində keçiriləcək.
Olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
