FACT-INFO.AZ » QHT » “İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib
14-04-2025, 19:00 | QHT
“İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, şair, yazıçı və publisist Vaqif Bəhmənlinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyi ilə bağlı qələmə aldığı “İri planda Qulu Məhərrəmli” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, toplantını giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid bildirib ki, təqdimatı keçirilən nəşr bir neçə cəhətdən diqqət çəkməkdədir. Birincisi, kitab tarixi ekskurs əhəmiyyəti daşıyır. Orada göstərilən faktlar, bölüşülən xatirələr bütöv bir mərhələnin yaşantısıdır. İkincisi, nəşrdə Qulu Məhərrəmlinin yaradıcılığının ən müxtəlif tərəfləri əksini tapır ki, bu da ölkəmizin media, konkret olaraq, telejurnalistika sənətinin xüsusiyyətlərinin özünəməxsus təsviridir. Üçüncüsü, kitab Q.Məhərrəmlinin fəaliyyətinin çoxşaxəli diapazonuna, jurnalistin istedadına dövrümüzün görkəmli simalarının verdikləri qiymətin mükəmməl təsvirini özündə birləşdirir. Bu təsvirdə böyük qədirbilənlik və ölkə jurnalistikasına dəyər var. Nəhayət, təqdimatı keçirilən nəşr doğmalıq hissinin bədii-estetik ifadəsi baxımından bənzərsizdir.

R.Məcid çıxışında, həmçinin, Q.Məhərrəmlinin jurnalist yaradıcılığının onu milyonlarla tamaşaçı auditoriyası üçün doğmalaşdırdığını da deyib. Şura sədri tanınmış qələm adamının 70 illik yubileyinə ən böyük hədiyyənin dövlətimizin başçısının müvafiq sərəncamı ilə “Prezidentin fərdi təqaüdü”nə layiq görülməsi olduğunu diqqətə çatdırıb və əlavə edib ki, “İri planda Qulu Məhərrəmli” kitabının çapdan çıxması da yubileyə xüsusi rəng qatan hadisədir.

V.Bəhmənli çıxışında müəllifi olduğu kitabı 52 illik xatirənin məhsulu adlandırıb. O bildirib ki, nəşrdə Q.Məhərrəmli barəsindəki fikirlər, əslində, onu tanıyan hər kəsin gəldiyi qənaətin ümumiləşdirilmiş formasıdır. Qənaət isə həmişə yüksək olub və özündə tanınmış telejurnalistin sənət dünyasının məxsusiliyini əks etdirib. V.Bəhmənli Q.Məhərrəmlinin publisist kimi də kamillik zirvəsi olduğunu vurğulayıb və deyib ki, yubilyar telejurnalistikaya çoxsaylı yeniliklər gətirib, Azərbaycan dilinin saflığının qorunmasına müstəsna töhfələr verib.

Toplantıda çıxış edənlərdən veteran jurnalist Ülkər Hüseynova, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, nəşrin baş redaktor müavini Qüdrət Piriyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, yazıçı-publisist Seyran Səxavət, əməkdar jurnalist Əlövsət Ağalarov, əməkdar jurnalist Eyruz Məmmədov, “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, şair-publisistlər Adil Cəmil və Zülfüqar Şahsevənli, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, qəzetin əməkdaşı Namiq Əhmədov, əməkdar jurnalist Faiq Sadıqov, əməkdar jurnalist Zemfira Məhərrəmli, jurnalist-publisist Rəhilə Gülgün və başqaları “İri planda Qulu Məhərrəmli” kitabının Q.Məhərrəmlinin 70 illik yubileyinə, jurnalist əməyinə, publisistikasına və pedaqoji fəaliyyətinə yüksək dəyərin nümunəsi olduğunu əsaslandırıblar. Çıxış edənlər, həmçinin, yubilyarı nəinki Azərbaycan jurnalistikasında, eyni zamanda, ictimai fikrində özünəməxsus yerə və rola malik parlaq zəka sahibi, daim mütərəqqi düşüncələri ilə seçilən ziyalı kimi xarakterizə edən cəhətlərdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Q.Məhərrəmli təqdimatı keçirilən kitabın müəllifi V.Bəhmənliyə və toplantı iştirakçılarına təşəkkürünü bildirib, əməyinə verilən yüksək dəyərdən məmnunluğunu ifadə edib.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30